Aİİ-də “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib

Aİİ-də “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Türkiyənin Azərbaycandakı Səfirliyinin din işləri üzrə müşaviri, professor Kamil Günəşin təqdimatında “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar təşkil olunub.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlovtədbir iştirakçılarını salamlayıb.M.Mürsəlov bildirib ki, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə edilməsi üçün tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində ardıcıl təşkil olunan “dəyirmi masa”ların, seminarların, treninqlərin və görüşlərin xüsusi rolu var.

Mövzunun aktuallığına toxunan M.Mürsəlovbildirib ki, əxlaqi-mənəvi dəyərlər insanın şəxsiyyətinin səciyyəvi xüsusiyyətlərindən biridir.O qeyd edib ki, dövlətimiz milli-mənəvi və multikultural dəyərlərimizinqorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Din işləri üzrə müşaviri, professor Kamil Günəş “İslam əxlaqı və müasir gənclik” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, İslam sivilizasiyasının birliyi onun müstəqilliyi, azadlığı, tərəqqisi və rifahı üçün yeganə şərtdir. Birlik olmayan yerdə heç bir təşəbbüs, heç bir səy və heç bir mübarizə nəticə verməz.

Kamil Günəş qeyd edib ki, cəmiyyətin aparıcı qüvvəsini təşkil edən gənclər ailədə, təhsil müəssisələrində gördükləri, öyrəndikləri ilə kifayətlənməməli, eyni zamanda, yeni məlumatlara, bilik və bacarıqlara yiyələnməyə maraq göstərməlidirlər. Gənclərin mütəmadi axtarışda olduqlarını bildirən K.Günəş yaş dövründən qaynaqlanan enerji, dinamiklik, çeviklik kimi əlamətlərin müvəffəqiyyətə çatmağa, yorulmamağa zəmin yaratdığını vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

72 Baxılıb

Siyasət xəbərləri
Mətbuat Şurasının İdarə Heyəti toplandı

Mətbuat Şurasının İdarə Heyəti toplandı

24-04-2019 20:16 - Azvision.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
Turkustan.info digər xəbərlər