Aİİ-nin baş müəllimi beynəlxalq simpoziumda iştirak edib

Aİİ-nin baş müəllimi beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının baş müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov 26-28 aprel 2019-cu il tarixdə Türkiyə Respublikasının Muş şəhərində keçirilən “İslam düşüncəsində tənqid mədəniyyəti və dözümlülük əxlaqı” mövzusunda beynəlxalq simpoziumda iştirak edib. SİA-nın verdiyi məlumata görə, “Muş Alparslan” Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumda xarici ölkələri təmsil edən tədqiqatçıların 120-dən çox məruzəsi dinlənilib.

Məruzələr əsasən, İslam düşüncə tarixində elmi-tənqid mədəniyyəti, dözümlülük ənənəsi və radikalizm məsələlərini əhatə edib.

A.Qənbərov simpoziumda “İslam fundamentalizmi: mif, yoxsa reallıq” mövzusunda çıxış edib. Məruzəçi İslam fundamentalizmi anlayışını yevangelist fundamentalizmi ilə müqayisə edərək, bu anlayışların fərqli və ortaq xüsusiyyətlərini göstərib, həmçinin meydanagəlmə səbəblərini və əsas müddəalarını təhlil edib. Vurğulayıb ki, İslam fundamentalizmi anlayışı ehtiva etdiyi ideoloji və teoloji səbəblərdən bir çox tədqiqatçı tərəfindən tənqidə məruz qalıb. Məruzədə bildirilib ki, siyasi fəaliyyətləri olan islami dini hərəkatların siyasi islam və ya dini aktivizm adlandırılması daha məqsədəuyğundur.

Məruzə ətrafında müzakirələr aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, ali təhsil müəssisəsinin professor-müəllim heyəti mütəmadi olaraq yerli və beynəlxalq simpoziumlarda, konfranslarda məruzələrlə çıxış edir.

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər