Aİİ-nin dosenti beynəlxalq simpoziumda iştirak edib

Aİİ-nin dosenti beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Akif qızı Əzizova 20-21 aprel 2019-cu il tarixdə Türkiyə Respublikasının İqdır şəhərində keçirilən “Əyyubilər” Beynəlxalq Simpoziumunda iştirak edib. SİA-nın verdiyi məlumata görə, İqdır Universitetinin təşkilatçılığı ilə təşkil olunan Simpoziumda 13 ölkədən 160-a yaxın məruzəçi Əyyubilər Dövlətinin siyasi və mədəni tarixinə dair müxtəlif mövzularla çıxış edib. Dosent E.Əzizova simpoziumda “Milli-dini kimlik zəminində sovet və post-sovet dövrü Azərbaycan tarixçiliyində səlibçilər – Əyyubi münasibətlərinə baxışda dəyişiklik” (“Milli-dini kimlik zemininde sovyet ve post-sovyet Azerbaycan tarihçiliğinde Haçlı-Eyyubi ilişkilerine bakışın değişim süreci”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sovet, müstəqillik dövrlərində Azərbaycan tarixçiliyində səbəb, nəticə və təsirlərinə görə Səlib yürüşləri və səlibçilərə qarşı mübarizədə Əyyubilər Dövlətinin rolundan bəhs edilib. Məqalədə hər iki dövr tarixçilərinin əsərlərindəki üslub, məzmun və vizuallar təhlil olunub.

Müstəqillik dövrü Azərbaycan tarixçiliyində isə həm səlib yürüşləri, həm də Əyyubilər Dövlətinə fərqli milli-dini rakursdan baxılır. Ermənilərin 1096-1099-cu illəri əhatə edən birinci səlib yürüşü zamanı çox sayda şəhər və bölgədə müsəlmanların kütləvi qırğınına səbəb olduğu bildirilib. Ermənilərin türk-müsəlman xalqlarına qarşı bu xəyanəti min il boyunca davam etmiş, son bir əsrdə Azərbaycan türklərinə qarşı törətdikləri hadisələrdə son həddə çatmışdır.

Məruzədə bildirilib ki, müstəqillik dövr tarixçiliyimizdə Səlahəddin əl-Əyyubi təkcə Misir sultanı deyil, soy-kökünün qədim Azərbaycan torpaqlarından olduğu nəzərə alındıqda, Azərbaycan üçün də mühüm tarixi şəxsiyyətdir.

loading...

Açar sözlər
Azərbaycan , Misir , Türkiyə Respublikası
Siyasət xəbərləri
Mətbuat Şurasının İdarə Heyəti toplandı:  qəzet satışı və saytların üzvlüyü gündəmə çıxarıldı

Mətbuat Şurasının İdarə Heyəti toplandı: qəzet satışı və saytların üzvlüyü gündəmə çıxarıldı

26-04-2019 15:43 - Mia.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra "Azedu.az”, "Yenixeber.org”, "Baku News” (baku.news), "42-ci paralel.az”, "Sozcu.info”, "Denizxeber.az” xəbər portalları, "Region mediası” qəzeti, "Ustad” dərgisi, "Loqos”, "Düyməcik”, "Elmi iş” jurnalları, "ONN media” (onn.az) və "Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
Sia.az digər xəbərlər