Ailə faciəsi: Həyat yoldaşını və bir yaşlı oğlunu güllələdi - foto

Ailə faciəsi: Həyat yoldaşını və bir yaşlı oğlunu güllələdi - foto
Bingöldə 31 yaşlı mühafizəçi 24 yaşlı həyat yoldaşını və 1 yaşlı oğlunu güllələyib. BiG.AZTürkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı Ömer.D mübahisə etdiyi 24 yaşlı həyat yoldaşı Songülü və 3 övladlarını güllələyib. Daha sonra Ömər.D isə polis bölməsinə gedərək könüllü təslim olub. Ömer.D-nın həyat yoldaşı Songül, 1 yaşlı oğlu Efekan hadisə yerində keçinib. 3 yaşlı Fatih və 6 yaşlı Yusif ağır yaralanıb. Güllə səsini eşidən qonşular polisə və təcili tibbi yardıma xəbər veriblər. Yaralı uşaqlar dərhal xəstəxanaya qaldırılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

7News.Az
Hadisə xəbərləri
7news.az digər xəbərlər