Salyan rayonunun Seyidsadıqlı kəndində, Akkuşa çayında batdığı ehtimal edilən 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızının axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, A.Dadaşovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.