Aktrisa Mehriban Xanlarova qəzaya düşüb

Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.
ONA-nın xəbərinə görə, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.
Hadisə nəticəsində aktrisanın ayağı sınıb.Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.
Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Avtoqəzanın təfərrüatları araşdırılır.
Açar sözlər
Mehriban Xanlarova
, Bakı
, Qaradağ
, Səngəçal