Ali Seçki Komissiyası: Müxalifət İstanbulda qalib gəlir

Ali Seçki Komissiyası: Müxalifət İstanbulda qalib gəlir

Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güven İstanbulda bələdiyyə seçkilərin nəticələri ilə bağlı açıqlama verib.

MilliYol.Az Sözcü-yə istinadən xəbər verir ki, sədr CHP-inin namizədi Əkrəm İmamoğlunun öndə olduğunu bildirib. Onun sözlərinə görə, müxalifətin namizədi 4 milyon 159 min 650, AKP-nin namizədi Binəli Yıldırım 4 milyon 131 min 761 səs toplayıb.

Qeyd edək ki, müxalifət Ankara və İzmir kimi böyük şəhərlərdə də hakim partiyaya qalib gəlib.