Alibaba internet üzərindən avtomobil satacaq

 Alibaba internet üzərindən avtomobil satacaq

Elektron ticarət nəhəngi Alibaba yaxın vaxtda internetdən avtomobillər satmağa başlayacaq.

Xeberler.az Reuters agentliyinə istinadən məlumat verir ki, şirkət bununla Ford ilə əməkdaşlıq edir.

Belə ki, yeni konsepsiyada çalışan iki şirkət 3 il davam edəcək bir ortaqlığa imza atıb.

Alibaba bunun bir pilot layihəsi olduğunu bildirib. Şirkət satışın tarixi ilə bağlı bəyanat verməyib.

Xarici mediada xidmətin 2018-ci ilin ikinci yarısından əvvəl istifadəyə veriləcəyi təxmin edilir.

Günel

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər