Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?

 Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?

ABŞ-ın Alıcıların Məmnunluq İndeksi (ACSI) smartfonların yeni reytinqini tərtib edib. iPhone 7 Plus və Samsung Galaxy S8+ smartfonları ən çox bal toplayıblar.

Xeberler.az bildirir ki, ACSI-nin məlumatına əsasən, iPhone 7 Plus (buraxılış ili 2016) amerikalıların ən sevimli smartfonudur.

Bu aparatın məmnunluq indeksi 85% təşkil edir. Samsung Galaxy S8+ 84% göstərici ilə ikinci yeri tutub. Galaxy S8, iPhone 8 və iPhone 8 Plus smartfonları 3-5-ci yerləri bölüşüblər.

Qeyd edək ki, Apple-ın ən yeni qabaqcıl smartfonu məmnunluq indeksində 80% göstərici ilə yalnız 17-ci yeri tutub. Məsələn, “Counterpoint Research”in hesabatına əsasən, iPhone X cihazı ABŞ-da ilin birinci rübündə ən çox satılan smartfonların siyahısında ikinci və üçüncü yerləri bölüşdürür. Maraqlıdır ki, Tech.pinions analitik agentliyinin sorğusuna əsasən, iPhone X sahiblərinin 97%-i qurğudan razıdır.

Xeberler.az

İKT xəbərləri
Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı VACİB YENİLİK

Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı VACİB YENİLİK

24-05-2018 20:38 - Milli.az - İKT
Az APA-ya istinadən bildirir ki, layihədə qanunun I maddəsinə 25-1, 25-2 və 25-3 bəndlərin əlavə olunması təklif edilir.25-1 bəndində bildirilir: Trisikl - işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.25-2 bəndində isə bildirilir ki, yüngül kvadrosikl - yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərriki nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) çox olmayan dördtəkərli aşağıdakı mexaniki nəqliyyat vasitəsidir:- işçi həcmi 50 kubsantimetrdən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;- maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;- uzun müddətli yüklənmə rejimində mühərrikin nominal maksimal gücü 4 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri.25-3 bəndində isə bildirilir ki, kvadrosikl - yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərriki dördtəkərli mexaniki nəqliyyat vasitələridir.
Xeberler.az digər xəbərlər