Alisson Premyer Liqada son 10 ilin ən yaxşısıdır

Alisson Premyer Liqada son 10 ilin ən yaxşısıdır

İngiltərə Premyer Liqasının XXXV turunda "Kardiff"lə qarşılaşan "Liverpul" 2:0 hesablı qələbə qazanıb.


AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, "qırmızılar"ın qapıçısı Alisson Beker bu mövsüm 19-cu oyununda qapısında qol görməyib.


Bu isə Premyer Liqanın son 10 ildə ən yaxşı göstəricisidir. Sonuncu dəfə 2008-09 mövsümündə "Mançester Yunayted"in qapıçısı Edvin van der Sar 21 quru oyun keçirmişdi. Alisson son 3 turda da qol buraxmasa, göstəricisini 22 matça yüksəldəcək.


Lakin braziliyalı yeni rekorda imza ata bilməyəcək. Çünki Petr Çex "Çelsi"nin çərçivəsini qoruyarkən 2004-05 mövsümündə 24 görüşdə qol buraxmamışdı. Sabiq "Liverpul"lu Pepe Reynada bu rəqəm (2005-06 mövsümü) 20 oyundur.

Açar sözlər
Petr Çex , Mançester Yunayted , Liverpul , Kardiff
İdman xəbərləri
Azxeber.com digər xəbərlər