Allahşükür Paşazadə Rumıniya müftisini qəbul etdi

Allahşükür Paşazadə Rumıniya müftisini qəbul etdi

Aprelin 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusifi qəbul edib. QMİ-dən "Olaylar"a bildirilib ki, görüşdə qonağı salamlayan QMİ sədri A. Paşazadə Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən qonağa bəhs etdi. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti qismində həyata keçirildiyini, dövlət başçımızın bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirməsinin, qlobal əhəmiyyətli multikulturalizm və həmrəylik ideyalarını irəli sürməsinin bu töhfələri artırdığını qeyd edən A. Paşazadə 2017-ci ilin sonunda QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini xüsusi qeyd etdi. Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına həsr olunan və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran Şeyxülislam A. Paşazadə, iyun ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək növbəti beynəlxalq forumu xüsusi vurğuladı və rumın müftinin də bu tədbirə dəvətli olduğunu diqqətə çatdırdı.

Öz növbəsində, Rumıniya muftisi M. Yusif Azərbaycana səfərdən məmnunliğunu bildirdi və ağsaqqal din xadimi kimi Şeyxülislam A. Paşazadə ilə görüşə böyük dəyər verdiyini diqqətə çatdırdı. Multikulturalizmə həsr olunmuş Madriddə keçirilən Beynəlxalq Konfransda iştirakını rəğbətlə xatırlayan ruminiyalı qonaq, Şeyxülislamın dəvətilə Vyana beynəlxalq Konfransında da məmnuniyyətlə iştirak edəcəyini vurğuladı. Daha sonra M. Yusif üzvü olduğu, Şeyxülislam A. Paşazadənin isə Direktorlar Şurasında təmsil olduğu KAİSİİD Beynəlxalq Dialoq Mərkəzinin yeni fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər