Almaniya universitetinin nümayəndələri AzTU-nun tələbələrinə seminar keçiblər

Almaniya universitetinin nümayəndələri AzTU-nun tələbələrinə seminar keçiblər

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) nümayəndələri tələbələrə seminar keçiblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarı açıq elan edən beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov Azərbaycan və Almaniya arasında dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb.

Daha sonra prorektor iki universitet arasındakı sıx əlaqələrdən danışıb və tələbələrə seminarda fəal iştirak etməyi tövsiyə edib.

Seminarda BTU-nun kafedra müdiri, professor Erhard Steinin “Maşınqayırma sahəsində yerinə yetirilən layihələr” və BTU-nun əməkdaşı Robert Şneiderin “Akustik kameraların layihələrdə tətbiqi” mövzularında məruzələri dinlənilib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb və tələbələrin sualları almaniyalı qonaqlar tərəfindən cavablandırılıb.

Açar sözlər
Azərbaycan Texniki Universiteti , Azərbaycan , Bakı , Almaniya
İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

26-04-2019 15:11 - Azertag.az - İqtisadiyyat
Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Sonra “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlarda, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb.