Almaniyada dramatik oyun, Madriddə Uruqvay fırtınası

Almaniyada dramatik oyun, Madriddə Uruqvay fırtınası

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyunlara yekun vurulub.

Günün ən çox diqqət çəkən oyunu Madriddə "Atletiko" ilə "Yuventus" arasında olub. Meydan sahibləri inamlı qələbə qazanıb. Hər iki qolu uruqvaylı futbolçular vurub.

Mərhələnin digər oyununda isə "Mançester Siti" "Şalke"nin qonağı olub. Dramatik keçən qarşılaşmada ingilislər əzmkar qələbə qazanıb. Oyunu azlıqda başa vuran Qvardiolanın yetirmələri son dəqiqələrdə qələbə topunu vurub.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (Turin, İtaliya) - 2:0

Ximenez, 78, Qodin, 83.

"Şalke" (Helzenkirhen, Almaniya) - "Mançester Siti" - 2:3

Bentaleb, 38 (pen.), 45 (pen.) - Aquero, 19, Sane, 85, Sterlinq, 90.

İdman xəbərləri
Olaylar.az digər xəbərlər