Amazonda Bitcoin ilə alış-veriş etmək mümkün oldu

Amazonda Bitcoin ilə alış-veriş etmək mümkün oldu

Kripto ödəniş sistemi olan "Moon" şirkəti bu gün verdiyi açıqlamada lighting uyumlu cüzdana sahib hər bir şəxsin e-ticarət saytları üzərindən alış-veriş etməyinin mümkün olduğunu bildirib.

Milli.Az chip.az-a istinadən bildirir ki,bunu etmək üçün "Moon"un axtarış brauzerindən istifadə olunmalıdır. Sistem aktivləşmədən əvvəl 250 istifadəçi beta testlərində "Moon" istifadə edərək kripto pullarla ticarəti təcrübədən keçirib. Şirkətin baş icraçı direktoru Ken Krugerin sözlərinə görə faktura üçün QR kodu verilərək ödəniş bu kodu istifadə etməklə həyata keçiriləcək.

Amazon şirkətinin özü isə hələki Bitcoinlə heç bir prosesi həyata keçirmir. Sözü gedən şirkətin satıcıları ödənişlərini kripto ilə deyil əvvəlki qaydada alırlar. Bununla yanaşı şirkət 2020-ci ilə qədər bütün e-ticarət saytlarının Bitcoin üzərində qurulacağını da qeyd edib. Şirkət sistemin indiki halda "VISA" və "Mastercard"a uyğun olduğunu bəyan edib.

Xatırladaq ki, "Moon" ötənil New York şəhərində qurulub. Təxminən 30 adam tərəfindən qurulan şirkət 100 min dollarlıq sərmayə ilə işə başlayır. Təşəbbüskarların sərmayə yatırımını həyata keçirən "Entrepreneurs Roundtable Acceleration" Mərkəzinin rəhbəri Murat Aktıhanoğlu yaratdıqları şirkətin kripto valyuta dünyasında atılan önəmli addım olduğunu və yaxın beş il ərzində öz əhəmiyyətini qoruyub saxlayacağını qeyd edib. Aktıhanoğlu eyni zamanda uzun müddətli bir şirkət investisiya etdiklərini də əlavə edib.

Milli.Az

İKT xəbərləri
Milli.az digər xəbərlər