AMB blockchain əsaslı sistemin yaradılması üçün podratçıları müəyyən edib

 AMB blockchain əsaslı sistemin yaradılması üçün podratçıları müəyyən edib

Azərbaycan Mərkəzi Bankı (AMB) blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün podratçıları müəyyən edib.

Xeberler.az məlumat verir ki, AMB müvafiq tenderə yekun vurub.

Belə ki, 3 lotdan ibarət açıq tenderin 1-ci lotu blockchain əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi və 3-cü lotu olan blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması üzrə IBM East Europe/Asia Ltd, 2-ci lot olan blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması məqsədilə texniki platformanın satın alınaraq qurulması üzrə isə Sanmar Elektrik ve İnşaat Malzemeleri Sanayi Dış Ticaret Limited şirkətləri qalib elan edilib.

Qeyd edək ki, qaliblər ilə müqavilələr imzalanıb və onun şərtlərinə əsasən 1-ci lot üzrə qalib 6 ay ərzində blockchain əsaslı rəqəmsal transformasiya planı hazırlamalı, 2-ci lot üzrə qalib 3 ay ərzində AMB-nin binasında sistemin texniki platformasını qurmalı,3-cü lot üzrə qalib 18 ay ərzində blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaratmalıdır.

Bildirək ki, bu sistem Skylake seriyalı ən yeni İntel Xeon prosessoru ilə işləyən Lenovo aparat kompleksli, dünyanın ən yeni blockchain layihəsi üzərində qurulub.

Xeberler.az

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər