Amerikada qaradərilinin polis tərəfindən öldürülməsini əks etdirən video yayıldı

Amerikada qaradərilinin polis tərəfindən öldürülməsini əks etdirən video yayıldı

ABŞ-ın Şarlott şəhərində polis əməkdaşları tərəfindən öldürülən qaradərilinin həyat yoldaşı ərinin öldürülmə anının əks olunduğu videonu dərc edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qeyd olunan insident Şarlott şəhərində bir neçə gün davam etmiş kütləvi iğtişaşlara və şəhərdə komendant saatının elan edilməsinə səbəb olub. Asayişi bərpa etmək üçün şəhərə hətta ABŞ Milli Qvardiyasının bölmələri yeridilib. Öldürülən 40 yaşlı Kit Lamont Skottun yaxınları onun silahsız olduğunu, polis isə üzərində tapançanın olduğunu iddia edir. Kit Lamont Skotta atəş açan polis əməkdaşının qaradərili olduğu bildirilir.

Hadisə xəbərləri
Sia.az digər xəbərlər