“Ana 4 yaşlı oğlunun üzünə zərbələr endirib”

“Ana 4 yaşlı oğlunun üzünə zərbələr endirib”

Keçmiş xanımı, model Seçkin Pirileri döyməkdə ittiham olunan “Duman” qrupunun solisti Kaan Tangöze ötən gün polis şöbəsinə gedərək ifadə verib.

Faktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iddiaları qəbul etməyən rokçu eks-arvadından şikayətçi olub.

Kaanın vəkili mediaya açıqlama verərək S. Pirilerin övladlarına şiddət göstərdiyini qeyd edib: “Anası böyük oğluna şiddət göstərib. Biz bunu sübuta yetirmişik. Bu hadisəni səssiz bir şəkildə yoluna qoymağa çalışmışıq. Həmin gecə keçmiş xanımı ona və uşaqlarına şiddət göstərib. Kaan isə buna mane olub. Hətta anası 4 yaşlı oğlunun üzünə zərbələr endirib. Biz məsələ ilə bağlı Ailə Nazirliyinə müraciət etmişik”.

Seçkin Pirilerin meneceri isə sözügedən ittihamları təkzib edib: “İddialar əsassızdır. Şiddət mövzusundan yayınmaq üçün bu cür yola əl atıblar”.

Mədəniyyət xəbərləri
Faktor.az digər xəbərlər