Ana-balanı avtomobil vurdu - Hacıqabulda/Foto


Hacıqabulda ana və oğlunu maşın vurub.

Teleqraf.com-un bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Meyniman kəndində qeydə alınıb.

Cəmil Quliyevin idarə etdi etdiyi "QAZ-3110" markalı avtomobil yolu keçən, 1986-cı il təvəllüdlü Esmira Əbil qızı Qurbanovanı və onun 3 yaşlı oğlu Əbil Xalid oğlu Qurbanovu vurub.

Nəticədə ana ölüb, uşaq isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər