Ana bətnində bir-biri ilə yumruqlaşan əkiz körpələr dünyaya gəldi - VİDEO+FOTO


Çində ana bəthində yumuruqlaşan əkiz körpələr doğulub.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, riskli doğumdan sonra dünyaya gələn əkiz körpələrin 27 yaşlı atası Tao Yu mətbuata maraqlı açıqlama verib.

O bildirib ki, körpənin biri doğulan zaman süd içməkdən imtina edib: "Qardaşı doğulduqdan sonra hər ikisinin də yeməyi normala düşüb. Birlikdə yeyib, yatırlar. Onlar doğum zamanı ölə bilərdilər. Amma möcüzəvi şəkildə sağ qaldılar. Hazırda hər ikisinin vəziyyəti normaldır".

Qeyd edək ki, 26 yaşlı Wang Lunun hamiləliyi dövründə dopler edən zaman qeyri-adi hadisə ilə üzləşib. Belə ki, ana bəthində üz-üzə dayanan körpələr anidən bir-biriləni yumuruqlamağa və təpikləməyə başlayıb.

Aysel Yusifqızı

Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər