Ana qəzada öldü, övladı yaralandı...

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, aprelin 24-də saat 13 radələrində Meyniman kəndi ərazisində Axtaçı Şirvan kənd sakini C.Quliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə evinin qarşısında dayanmış kənd sakinləri Esmira Əhədovanı və onun azyaşlı oğlunu vurub.
Nəticədə E.Əhədova hadisə yerində ölüb, uşaq xəstəxanaya yerləşdirilib.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
Açar sözlər
Şirvan
, Hacıqabul