"ANA SÜDÜ KİMİ HALAL HAQQIMIZI YEDİLƏR" - İmamoğlu xalqa mesaj verdi

"ANA SÜDÜ KİMİ HALAL HAQQIMIZI YEDİLƏR" -  İmamoğlu xalqa mesaj verdi
08 May 2019 [20:59]

YSK-nın təkrar seçki qərarına İstanbulda keçirilmiş seçkinin qalib olmuş Əkrəm İmamoğlundan daha bir təpki gəlib.


Mia.az xəbər verir ki, o, YSK-nın ana südü kimi halal olan haqqını yediyini bəyan edib:


"YSK haqqımızı yedi, ana südü kimi halal olan, qazandığımız seçkini əlimizdən aldı. Amma gün qabağa baxma günüdür, 23 iyuna hazırlanma gündür. Hər şeyi bilirik, ancaq hesablaşmanın vaxtı deyil. Lakin haqqımızın yeyildiyini 16 milyona anlatmaq vaxtıdır.


Mən sizə bunu söyləyirəm: hər şey çox gözəl olacaq. Mütləq olacaq".


Mia.az

Mədəniyyət xəbərləri
Mia.az digər xəbərlər