“Anamın 2004-cü ildə dediklərinə 15 ildən sonra haqq verməli oldum”

“Anamın 2004-cü ildə dediklərinə 15 ildən sonra haqq verməli oldum”

Tahir İmanov: “Onlar Süleyman Ələsgərovun xatirəsinin əbədiləşdirilməsi üçün tüklərini belə tərpətmədi”

Azərbaycan xalqının görkəmlibəstəkarı Süleyman Ələsgərovun adının Bakının mərkəzi küçələrindən birinəverilməsi bütün musiqisevərlərin sevincinə səbəb olub.

Moderator.az-aaçıqlamasında ölkə başçısına buna görə öz təşəkkürünü bildirən bəstəkarın nəvəsi,Əməkdar artist Tahir İmanov, digər qurumlarla bağlı iradlarını da dilə gətirib:

“Bəstəkar S.Ələsgərovunadının mərkəzi küçələrdən birinə verilməsi təbii ki, bizim ailəmizin, eləcə dəbütün musiqisevərlərin sevincinə səbəb oldu və biz buna görə ölkə başçısına öztəşəkkürümüzü bildiririk. Bu hadisədən sonra başa düşdüm ki, anam haqlı idi. Anamhələ 2004-cü ildə mənə demişdi ki, S.Ələsgərovla bağlı məsələ ilə əlaqədar kimsəyəbir söz demə. Bu barədə birbaşa cənab prezidentə demək lazımdır. Biz 15 ildənsonra öz istəyimizi ölkə başçısına çatdıra bildik. Nə Bəstəkarlar İttifaqının,nə də digər qurumlar bu məsələdə bir addım da olsun atmadı. Heç kimin tükü də tərpənmədi.Halbuki, bir məktub yazmaq nə idi ki? Ancaq belə bir məktubu kimsə yazmadı. MədəniyyətNazirliyinin İncəsənət şöbəsi də bu istiqamətdə heç bir addım atmadı. Axı hərşeyi nazir, hər şeyi prezident etməli deyil. Biri cənab nazirə deyərdi ki, hörmətlinazir, qarşıdan S.Ələsgərovun yubileyi gəlir. O, milli musiqimizə bu kimi töhfələrverib. Çoxlu tələbələr yetişdirib. Hansı ki, o tələbələrin bir çoxu Azərbaycanınali musiqi ocaqlarına rəhbərlik edir. Hamı gözləyir ki, onlara “yuxarıdan” kimsənə isə desin.

Zamanı gəlincə mən buhaqda çox danışacam. Yaxşı ki, S.Ələsgərovun nəvələri var, onun xatirəsinin əbədiləşdirilməsiüçün səy göstərir. Bizim nə qədər görkəmli bəstəkarlarımız, musiqiçilərimiz varki, onların ailə üzvlərindən, yaxın qohumlarından kimsə yoxdur. Bəs onlarınaqibəti necə olacaq? Bəs onların xatirəsinin əbədiləşdirilməsi üçün kim səygöstərəcək?

Bir daha fürsətdənistifadə edib cənab prezidentə, Mehriban xanıma öz təşəkkürümü bildirirəm ki,Azərbaycan mədəniyyətinə bu qədər qayğı göstərir, mədəniyyətimizi bu qədəryaşadırlar. Onlar olmasa, bu gün Azərbaycan mədəniyyəti məhv olmuşdu. Onlarbizim mədəniyyətimizi qoruyub saxlayıblar, onlar Azərbaycan mədəniyyətinə özadlarını qızıl hərflərlə yazdıran bəstəkarları Azərbaycan xalqınaunutdurmurlar. Başda televiziyalar olmaqla elə qurumlar var ki, elə təbliğataparırlar ki, sanki Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, S.Ələsgərovvə s. olmayıb. Belə yanaşmaq yolverilməzdir”.

Seymur ƏLİYEV

Açar sözlər
Rəşid Behbudov , Qara Qarayev , Seymur Əliyev , Süleyman Ələsgərov , Tahir Imanov , Fikrət Əmirov , Azərbaycan , Bakı
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər