Anar Xəlilov: “Müxalifət düşərgəsinə bazar təfəkkürlü insanlar toplaşıb” RƏY-ÖZƏL

Anar Xəlilov: “Müxalifət düşərgəsinə bazar təfəkkürlü insanlar toplaşıb” RƏY-ÖZƏL

“Müxalifət düşərgəsini təmsil edən şəxslərin ölkəmizdə nə isə bir xoşagəlməz bir vəziyyət yaratmaq cəhdləri 1993-cü ildən var”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, yəni Azərbaycanda stabilliyi pozmaq, xaos yaratmaq və Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq onların əsas fəaliyyət istiqamətləridir: “Amma bu illər ərzində onların bu cəhdlərinin heç bir nəticəsi olmayıb və bundan sonra da olmayacaq. Yəni Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı kimilər heç vaxtı Azərbaycanın uğurlarına kölgə sala bilməyəcəklər. Çünki xalq onlara nifrət edir. Xalqımız yaxşını pisdən ayırmağı bacarır. Elə müxalifətin özü də çox yaxşı bilir ki, xalq tərəfindən onların heç bir siyasi dəstəyi yoxdur. Sadəcə olaraq, adları çəkilən bu şəxslər bəzi xarici qüvvələr tərəfindən maliyyələşir və bu maliyyələşmənin qarşılığında da ölkəmizdə nə isə bir xoşagəlməz vəziyyət yaratmaq istəyirlər. Amma dediyim kimi, nə xarici qüvvələrin, nə də ki, müxalifətin bu istəyi heç vaxt baş tutmayacaqdır. Həm də, bu şəxsləri siyasətçi adlandırmaq olmaz, əslində onlar bazar təfəkkürlü və düşüncəli insanlardır. Azacıq vicdanları varsa, siyasətdən gedib, xeyirli bir peşə fəaliyyəti ilə məşğul olardılar”.

GÜLYANƏ

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər