Ankara ilə Astana arasında birbaşa uçuşlara başlanılıb

Ankara ilə Astana arasında birbaşa uçuşlara başlanılıb

Türk Hava Yolları (THY) Ankara ilə Astana arasında birbaşa aviareyslər həyata keçirməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk uçuşu THY-nin törəmə şirkəti olan “Anadolu Jet” aviaşirkətinin təyyarəsi Ankaranın Esenboğa Hava Limanından həyata keçirib.

Bildirilir ki, dekabrın 5-də 140 sərnişin daşıyan layner Astananın Nursultan Nazarbayev Hava Limanına enib.

Birinci mərhələdə uçuşlar Ankara-Astana-Ankara reysləri ilə həftədə iki dəfə həyata keçiriləcək.

Açar sözlər
Nursultan Nazarbayev , Türk Hava Yolları , Ankara , Astana
İqtisadiyyat xəbərləri
Turk.az digər xəbərlər