Ankara və Vaşinqtonun seçimləri: Türkiyə NATO-da qalacaq, yoxsa Avrasiyaya qayıdacaq?..

Ankara və Vaşinqtonun seçimləri: Türkiyə NATO-da qalacaq, yoxsa Avrasiyaya qayıdacaq?..

NATO ilə olan böhranın səbəbi xilafət rejimidirmi?

Arslan Bulud,
“Yeniçağ” qəzeti, Türkiyə

ABŞ-ın vitse prezidenti Mayk Pens belə bir mesaj yayımlayıb: “Türkiyə bir seçim etməlidir. Tarixin ən uğurlu hərbi ittifaqında kritik dərəcədə önəm kəsb etməyə davam etmək istəyir? Yoxsa ittifaqımızı sarsacaq, düşünülməmiş qərarlar alaraq bu ortaqlığın təhlükəsizliyini riskə atmaq istəyir?”

Pensin sözlərinə Türkiyə adından Prezident köməkçisi Fuad Oqtay eyni üsulla “Twitter”-dən cavab verib:

“ABŞ bir seçim etmək məcburiyyətindədir! Türkiyənin müttəfiqi kimi qalacaq, yoxsa NATO müttəfiqinin düşmənləri qarşısında müdafiə olunmasını heçə sayaraq terrorçularla ortaqlıq qurub dostluğumuzu riskə atmaq istəyir?”

*

Fuad Oqtayın bu konkret cavabı Türkiyə ilə ABŞ arasındakı əsl problemin səbəbi kimi S-400 raketlərinin deyil, ABŞ-ın Suriyada PKK/PYD ordusu qurması və Türkiyənin müdaxiləsinin qarşısını almasını göstərir.

Beləliklə, ABŞ Dövlət katibi Mayk Pompeonun Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşməsinin ardınca ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Paladino verdiyi bir açıqlamada qeyd edib: “Nazir Pompeo regiondakı tək tərəfli türk əsgəri hərəkatının potensial olaraq əzici nəticələri olacağına dair xəbərdarlıq verərkən şimal-şərqi Suriya ilə bağlı davam edən müzakirələrə də dəstək verdiyini bildirib”.

Türkiyə Xarici İşlər Nazirliyi Nümayəndəsi Hami Ağsoy isə bu açıqlamaya cavab olaraq bildirib: “Görüşdən əvvəl qələmə alındığı bəlli olan bu açıqlama həmin görüşün məzmununu tam əks etdirmir”.

*

ABŞ Türkiyəni NATO-dan çıxara bilərmi? Şimali Atlantik müqaviləsinin 13-cü maddəsi belədir:

“Müqavilə 20 il ərzində qüvvədə qaldıqdan sonra tərəflərdən biri sazişdən çıxma bildirişini Amerika Birləşmiş Ştatları hökumətinə verdikdən 1 il sonra razılaşmanın tərəfi olmaqdan çıxa bilər. ABŞ hökuməti aldığı hər ayrılma bildirişindən bütün tərəfləri xəbərdar edəcək”

Bu maddədən və razılaşmadan bəlli olur ki, NATO demək ABŞ deməkdir. Yenə də razılaşma ABŞ-a heç bir ölkəni NATO-dan çıxarmaq üçün səlahiyyət vermir. Türkiyə ancaq özü istəsə, NATO-dan çıxa bilər.

Vəziyyət kağız üzərində belədir, amma ABŞ digər NATO ölkələrini də razı salaraq Türkiyə üzərində təzyiq yarada bilər. Beləcə, Türkiyə NATO-dan ayrılmaq məcburiyyətində qala bilər.

ABŞ-ın Türkiyəni “S-400 alsan, NATO üzvlüyün bitər”, deyərək təhdid etməsi ciddi bir təzyiqdir. Türkiyənin öz hava müdafiə sistemini qurması NATO ölkələrinin hücumunun qarşısını ala biləcəyi mənasına gəlir. Hal-hazırda Türkiyənin hava müdafiə sistemi yoxdur. Onsuz da Türkiyənin NATO-ya qarşı heç bir müdafiəsi yoxdur! Ərgənəkon-Balyoz əməliyyatları NATO-nun hücumu idi. 15 iyuldakı çevriliş cəhdi də NATO-nun işi idi. Türkiyənin Suriyadan işğal olunması da bir NATO hücumu idi. Həmçinin, 5 milyon suriyalının Türkiyəyə sürgün edilməsi də NATO-nun planıdır! NATO demək ABŞ deməkdirsə, bütün bu deyilənlər həqiqətdir.

*

ABŞ və PKK-nın Türkiyə Cümhuriyyətini bir türk-ərəb-kürd federasiyasına çevirmək üçün İŞİD-dən istifadə etdiyi və suriyalıları bu hədəf üçün Türkiyəyə sürgün etdiyi bəllidir. Türkiyə öz qərarı ilə bu tələyə salınıb.

Bəs Türkiyədəki siyasi iqtidar suriyalılar üçün nə etmək fikrindədir?

Professor Dr. Ümid Özdağ “Destek” Yayımında çıxan “AKP rejiminin dördlük krizisi: Qaçınılmaz çöküş” adlı son kitabında belə bir analiz verir:

“Ərdoğanın əsas məqsədi türk dövlətinin demoqrafik quruluşunu dəyişdirərək millət kimliyi əvəzinə, ümmət kimliyinə əsaslanan yeni bir sosiologiya yaratmaqdır. Ərdoğan qurmağa çalışdığı xilafət rejiminin bu sosiologiya üzərində daha rahat yerləşəcəyini düşünür”.

Ona görə də, AKP ilə gələnləri yavaş-yavaş adaptasiya müddəti kimi adlandırdığımız bir strategiya çərçivəsində suriyalıların Türkiyədə qalacağını deyərək bunu nəzərdə tutur: “Suriyalılar güclü dövlət olmaq yolunda böyük bir fürsətə çevrilə bilər”.

“Türkiyə NATO-da qalacaq, yoxsa Avrasiyaya qayıdacaq?”, deyə soruşmaq əvəzinə, ölkənin addım-addım xilafət sisteminə doğru sürükləndiyini görmək lazımdır.

Tərcümə: Pia.az