Ankarada “Əli və Nino”nun qala gecəsi keçirilib

Ankarada “Əli və Nino”nun qala gecəsi keçirilib

Bu gün Ankarada Qurban Səidin əsəri əsasında çəkilən “Əli və Nino” filminin qala gecesi keçirilib.

Filmin nümayişi Azərbaycanın Türkiyədəki səfirliyinin və SOCAR şirkətinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən hazırlanıb.

ONA-nın Türkiyə bürosundan verilən məlumata görə, qala gecəsinə Turkiyənin Cumhurbaşkanın baş danışmanı Mehmet Akarca, Türkiyənin müdafiə bə təhsil nazirlərinin müavinləri Şuay Alpay, Reha Denemeç, Azərbaycanın Türkiydəki səfiri Xəzər İbrahim, millət vəkilləri, Turkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri və digər tanınmış şəxslər qatılıblar.

Film ingilscə səsləndirilib.

“Əli və Nino” sadəcə bir ölümsüz aşk hekayəsi deyil, eyni zamandaAzərbaycanın, bölgənin və dünya tarixinin ən önəmli mərhələsinin, Birincidünya müharibəsi dönəminin ən önəmli sənət əsəri olaraq təqdim edilib.

Azərbaycanın tanınmış aktyoru Fəxrəddin Manafov, Turkiyənin ünĺu aktyori Halid Ergencin rol aldığı filmin rejissoru Asif Kapadia, baş rolların ifaçısı Adam Bakri, Maria Valverdedir.

Mədəniyyət xəbərləri
Faktor.az digər xəbərlər
Bazarlarda qiymətlər düşəcək: - Köməyə çinlilər gəlir

Bazarlarda qiymətlər düşəcək: - Köməyə çinlilər gəlir

26-04-2019 21:51 - Faktor.az - İqtisadiyyat

İstixanalarda meyvə-tərəvəzin istehsalının nəzərəçarpacaq dərəcədə artması və onların saxlanma müddətinin uzadılması kənd təsərrüfatı məhsullarının qiymətlərini açıq sahədə yeni məhsul yetişənədək sabit saxlamağa imkan verəcək.

Faktor.az Sputnik Azərbaycan-aistinadən xəbər verir ki,martın sonları və aprelin əvvəllərində Azərbaycanda tərəvəz məhsullarının qiymətlərinin baha olması ciddi narahatlıq yaratmışdı.
 
Bu məsələ Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisini başa çatdırmasından və Azərbaycanda aqro-logistik sənaye parklarının yaradılmasından sonra yekun həllini tapacaq.

Bu il aprelin 24-də Çinin paytaxtında keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

İmzalanan sənədlər arasında Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair əməkdaşlıq memorandumları da var.

Ölkənin aqrar sektorunda müasir texnologiyanın tətbiqi, Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin və aqro-logistik sənaye parklarının tikintisinə sərmayə qoyması barədə razılığın əldə olunması təkcə meyvə-tərəvəz istehsalının nəzərəçarpacaq dərəcədə artırılmasına deyil, həm də onların açıq sahələrdə yeni məhsul becərənədək qorunub saxlanmasına da imkan verəcək.

Yeri gəlmişkən, əgər Çin texnologiyası əsasında qurulmuş istixanalarda meyvə-tərəvəzin becərilməsindən danışırıqsa, bu o demək deyil ki, söhbət dadsız, orqanizmə zərərli və ətraf mühitə ziyan vuran məhsulun istehsalından gedir.