Ankarada siyasi gərginlik davam edir: Əkrəm İmamoğlu bəyanatla çıxış etdi...

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP başqanı Kamal Kılıçdaroğluna saldırıdan sonra Ankarada vəziyyət gərginləşib.
Partiya üzvləri və tərəfdarları, millət vəkilləri və sadə vətəndaşlar CHP baş qərargahı qarşısına toplaşıb. Türkiyə rəsmiləri Kılıçdaroğluna hücumu qınayan mövqelər bildiriblər. Türkiyə prezidenti Ərdoğan isə Şri-Lankadakı terror münasibət bildirsə də, amma müxalifət partiyası liderinə hücuma münasibət bildirməyib. MHP başqanı Bahçeli də bu çirkin hücuma münasibətini açıqlamayıb. Bu hal toplumu daha da aqressivləşdirib. Təcili Böyük Millət Məclisinin toplanmasını və hücum edənlərin əvvəlcədən cinayət planının olub – olmadığına aydınlıq gətirilməsi tələb olunur. Ana müxalifət partiyası liderinin faktiki olaraq bir saat yarım bir vətəndaşın evində əsir vəziyyətdə qalması utancverici bir hal kimi Türkiyə ictimaiyyəti tərəfindən qınanılır.
Cənazə törənində hücum edənlərin qarşısında çıxış edən müdafiı naziri Hulusi Akarın “mesajlarınızı verdiniz, təpkilərinizi bildirdiniz, yetər” sözləri də birmənalı qarşılanmayıb, bu hücumun hakimiyyət tərəfdarları tərəfindən törədildiyi qənaətini formlaşdırıb. Bəziləri bu hücumun MHP üzvləri tərəfindən törədildiyini hesab edir. Gərginlik davam edir. CHP-nin hansı addımlar atacağı hələ ki, bilinmir.
Bu arada İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu bəyanatla çıxış edib, Kılıçdaroğluna hücumu qətiyyətlə pisləyərək bu hücumun millətin birliyinə qarşı törədildiyini bildirib:
"Onun soyuqqanlı və dövlət adamı duruşu hər kəsə örnək olmalı. Birlik və bərabərliyimiz hər şeydən öndə gəlir. Bu planlı hücumla bağlı bütün yetkililəri görəvə dəvət edirəm".