“Apple”a şok cəza - Üz tanıma tətbiqi həyatını qaraltdı

“Apple”a şok cəza - Üz tanıma tətbiqi həyatını qaraltdı

Amerikada 18 yaşlı tələbə texnologiya nəhəngi “Apple”a 1 milyard dollarlıq təzminat davası açıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, buna səbəb isə Nyu Yorkda yaşayan Ousmane Bah adlı gəncin keçən il 4 fərqli əyalətdə həyata keçirilən “Apple” mağazalarında baş vermiş soyğunlarda şübhəli olaraq saxlanılması olub.

Manhattan Federal Məhkəməsində baş tutan məhkəmədə Bah “Apple” şirkətinin mağazalarında istifadə etdiyi üz tanıma tətbiqinin yalnış yönləndirməsi səbəbilə haqsız şəkildə saxlandığını, bu səbəblə psixologiyasının və etibarının ciddi şəkildə zərər gördüyünü bildirib.

Nyu-cersidə Bah haqqındakı ittihamların hələ də gözlədildiyi bildirilib. “Apple”dən məhkəmə və iddialara yönəlmiş açıqlama hələ də verilməyib.

Nyo-york, Massaçusets, Delaware və Nyu-cersi bölgələrindəki “Apple” mağazalarında keçən ilin may ayında baş verən soyğunlarda 1200 dollar oğurlandığı bildirilmişdi.

https://metbuat.az/news/1173805/57-kiloqram-ariqlayan-3-usaq-anasi.html

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Apple
İKT xəbərləri
Metbuat.az digər xəbərlər