Aprel döyüşləri gücümüzün və birliyimizin tərənnümüdür - FOTOLAR

Aprel döyüşləri gücümüzün və birliyimizin tərənnümüdür - FOTOLAR

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, ümummilli liderimiz və Vətənimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbir açıq elan edilərək bildirilib ki, 2016-cı ilin aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatmaqla bərabər Böyük Qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu və Ordumuz minlərlə hektar ərazini işğalçılardan azad etdi.

General-mayor Hikmət Həsənov bildirdi ki, 2016-cı ilin martın ortalarından etibarən Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Qarşı tərəfin hərbi fəallığını genişləndirməsinə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə komandanlıq əməliyyat şəraitini qiymətləndirərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verdi. Qısa müddətdə 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd etdi ki, 48 km düşmənlə təmas xəttində yaşayan qəhrəman tərtərlilər aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. O, bildirib ki, döyüşlər düşmənlərimizlə yanaşı, bütün dünyaya sübut etdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir.

Müdafiə Nazirliyinin əməkdaşı, dövlət qulluqçusu Zümrüd Səmədova oğlunun aprel döyüşlərinin iştirakçısı olması ilə qürur duyduğunu bildirməklə yanaşı, övladının və əsgər dostlarının bu gün də Ali Baş Komandanın döyüş əmrinə hazır olduğunu diqqətə çatdırıb.

Aprel şəhidlərindən kapitan İnqilab Quliyevin atası Çingiz Quliyev və gizir Nicat İsgəndərovun anası Maya İsgəndərova oğullarının Vətən, torpaq uğrunda şəhid olması ilə qürurlandıqlarını qeyd edərək Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tədbirin bədii hissəsində incəsənət nümayəndələri hərbi qulluqçulara və qonaqlara vətənpərvər ruhlu musiqilərlə xoş hisslər yaşadıblar.

Sonda incəsənət nümayəndələrinə Fəxri fərmanlar təqdim olunub.

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər
Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

26-04-2019 15:25 - Ordu.az - Siyasət
500 piyada, 70 süvari, 3 zirehli avtomobil Maştağanın cənubundan Buzovnaya gedən yolla hərəkət etmək istədilər, lakin Maştağa dəstəsi və Ləzgi süvari alayı tərəfindən geri atıldılar.579 Hələ iyulun axırlarında Şollar su xətti türk-Azərbaycan döyüşçülərinin nəzarətinə keçsə də, insanpərvərliklə seçilən türk-müsəlman komandanlığı şəhər əhalisinin əziyyətlərini nəzərə alaraq su xəttinə toxunmadı. 

Sentyabrın 10-da QİO komandanı Bakıya hücum əmrini imzaladı; Şərq Cəbhəsi komandanlığı və Şimal qrupu ləğv edilir; hazırlıq işləri 11 sentyabr saat 21-də tamamlanır; Şərq cəbhəsi kimi tanınan qüvvələr (5-ci, 15-ci firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-ci firqə: 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları, dağ qaubitsa batareyası, 13 rus səhra topu, 4 rus dağ topu, 2 ədəd 105 mm-lik səhra qaubitsası, 3 Qüdrətli dağ batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci piyada alayları, 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari alayları, Dikaya diviziya (Tatar süvari alayı nəzərdə tutulur) və milis (könüllülər) taborları, 105 mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, süvari Azərbaycan bölüyü, iki Krupp dağ, iki rus səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə veriləcək; 5-ci firqə sağ cinahı ilə Hacı Həsən-Ermənikənd istiqamətində irəliləyəcək, Heybət stansiyasından, dəniz sahili və Qurd qapısınadək olan ərazini tutacaq, mümkün olarsa, təpəni zəbt edəcək; 15-ci firqə Biləcərinin şərqindən sağ cinahı istiqamətində hücum edəcək.
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:


1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.