Apreldə Dövlət Miqrasiya Xidmətinə 10 min 646 zəng daxil olub

Apreldə Dövlət Miqrasiya Xidmətinə 10 min 646 zəng daxil olub

Bakı, 8 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı mərkəzinə aprel ayında 10 min 646 zəng daxil olub.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, onlardan 9659-u Azərbaycan, 739-u rus, 248-i isə ingilis dillərində cavablandırılıb.

Qəbul edilən zənglərin 693-ü daimi, 3077-si müvəqqəti yaşama icazəsi, 969-u vətəndaşlıq məsələləri, 618-i iş icazələri, 305-i inzibati xəta, 732-si olduğu yer üzrə qeydiyyat, 4252-si isə digər məsələlərlə əlaqədar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər