“Aqrar sahədəki riskləri dövlət öz üzərinə götürəcək” — Ekspert

“Aqrar sahədəki riskləri dövlət öz üzərinə götürəcək” — Ekspert

“Aqrar sığorta haqqında” qanun layihəsinin üstün cəhəti odur ki, aqrar sahədəki risklərin hamısını dövlət öz üzərinə götürür”.

“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov adı çəkilən qanun layihəsinin komitədə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, sığorta şirkətləri kənd təsərrüfatı məhsullarının sığortası ilə məşğul olmur:

“Sığorta təşkilatları burada ziyana düşəcəklər deyə sığorta etmirlər. Bu günkü qanun layihəsinin ən böyük üstünlüyü dövlətin aqrar sığortada olan riskləri öz üzərinə götürməsidir”.

Ekspert əlavə edib ki, qanunvericiliyə uyğun olaraq qeyri kommersiya təşkilatı yaradılır və bu qurum sahibklara, insanlara sığorta hadisəsi zamanı sığorta verəcək. Əgər qurumda ilin sonunda vəsait artıq qalacaqsa, vəsait qurumun maliyyə imkanın artırılmasına və yaxud da sahibkara ziyanın ödənilməsinə yönəldiləcək. Qeyri-kommersiya təşkilatlarının mənfəəti üzvlər arasında bölünərək fəaliyyətin genişləndirilməsinə yönəldilir. Onun mənfəəti aqrar sığorta tərəfindən ayrılan sığorta və dölət tərəfindən ayrılan maliyyədir. Qanunun ən böyük üstünlüyü aqrar sahədə olan riskləri aradan qaldıracağı ilə bağlıdır. Bu da prezdent İlham Əliyevin fermerlərə diqqət və qayğısının bariz nümunəsidir”.

Mürtəza
Ölkə.Az

İqtisadiyyat xəbərləri
Olke.az digər xəbərlər