Aqrar sığorta haqlarının 10 faizi özəl sığorta şirkətlərinə çatacaq

Aqrar sığorta haqlarının 10 faizi özəl sığorta şirkətlərinə çatacaq

“Aqrar sığorta haqqında” qanun layihəsinə əsasən tətbiq olunacaq sistemin əsas detalları açıqlanıb.

ONA-nın məlumatına görə, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında“Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zaman Kənd Təsərrüfatı Nazirliyi yanındaAqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, aqrar sahədə sığorta dövlət və özəl sektorun tərəfdaşlığı əsasında qurulacaq.

M.Əliyev deyib ki, ilk dəfə Azərbaycanda müştərək sığorta sistemi yaradılacaq: “Burada əslində sonda heç kim mənfəət qazanmır.Özəl şirkətlər olduğu halda, aqrar sığorta orqanı niyə yaradılır?Kənd təsərrüfatında risklər böyükdür və bu sahə özəl sektorun marağında deyil. O səbəbdən də aqrar sığorta qurumu yaradılacaq və bu, səhmdar cəmiyyət şəklində olacaq. Bu aqrar sığorta orqanının səhmdarları lisenziyaya malik özəl sığorta şirkətləri olacaq. Bu şirkətlər müəyyən normalara cavab verməlidir. Özəl sığorta şirkətləri üçün satışın, yəni sığorta haqqının 10 faizi həcmində bonus nəzərdə tutulur. Sığorta edən aqrar sığortanın baha olmasına, Aqrar Sığorta Fondu isə fermerlərin marağını qorumağa çalışacaq.Bərdənin hansısa kəndinə dolu düşərsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları yaradılacaq elektron sistemdə yerləşdiriləcək və bu barədə əlavə sual yaranmayacaq, fermerdən bunu sübut etmək tələb olunmayacaq”.

M.Əliyev deyib ki, aqrar sahədə sığorta sistemi üçün müəyyən müddət dövlət büdcəsindən sübsidiyalaşdırma vacibdir: “Özəl sığorta şirkətləri aqrar sahədə sığortalanmanı həyata keçirə bilərlər. Amma özəl sığorta şirkətləri sığortanı özləri aparacaqlarsa, onlara bu halda subsidiya verilməyəcək. Bu da aqrar sahədə sığorta sisteminin gələcəkdə davam etməsi üçündür. Əks halda, risksiz sahələri özəl sığorta şirkətləri sığortalayacaq, riskli sahələr isə dövlətin üzərində qalacaq. Nəticədə dövlət büdcəsi üçün böyük problemli kredit portfeli yaranacaq”.

M.Əliyev istixanaların və kənd təsərrüfatı texnikalarının aqrar sığorta predmetinə çevirmək böyük mübahisə mövzusu olub: “Kənd yerlərində əhalinin sayı çoxdur və onlarda kənd təsərrüfatı texnikası çoxdur. Bu ilin bir ayı ərzində təxminən 522 ədəd kənd təsərrüfatı texnikası satılıb. Bunları aqrar sığorta predmetinə çevirmək gələcəkdə icbari sığorta bazarı sahəsində durğunluğa yol açardı. Ona görə də kənd təsərrüfatı sahəsində istehsal olunan məhsulları, bitkiçiliyi sığorta predmeti seçdik. Biz də düşünürük ki, gələcəkdə subsidiya alacaq sahənin mütləq qaydada sığortalanmasını subsidiya qaydalarına qoymaq və bunun vasitəsilə sığortalanmanı stimullaşdırmaq vacibdir. Dövlət tərəfindən lizinqə verilən texnika və damazlıq heyvanları mütləq qaydada sığortalanmalıdır və sığortalanır. Qanunda beynəlxalq mütəxəssislərin cəlb olunması da yer alıb. Çünki Azərbaycanda hələ bu sahədə mütəxəssislər yetişməyib. Ona görə də yaxın gələcəkdə bizə xarici mütəxəssislər lazım olacaq”.

M.Əliyev dövlətin yaradacağı aqrar sığorta orqanının təkrar sığorta vasitəsilə riskləri digər istiqamətlərə yönəldəcəyini söyləyib: “Yalnız katastrofik risklər olduğu halda, dövlətdən əlavə vəsait tələb oluna bilər. Bizdə əvvəlki qanun niyə işləmirdi? Bu, risklə bağlı idi. İdarəetmə xərclərini məhdudlaşdırmışıq ki, müştərək sığorta mexanizmi işləsin. Əks halda, idarəedici şirkət özəl şirkətlərdən ibarət olduğu üçün idarəetmə xərclərini artıra-artıra gedərlər və Aqrar Sığorta Fonduna yığılmış vəsaitdən heç vəsait qayıtmaz. Burada nəzarətlə əlaqədar hətta Apelyasiya Şurası da yaradıla bilər. Bu sahədə hər hansı problemin yaranacağını düşünmürük. Vəsaitlərin 10 iş günündə zərərçəkmiş fermerə verilməsi də vacibdir, çünki əks halda, bu məsələnin aylarla uzandığını görürük”.

M.Əliyev son illər təbii fəlakətlər zamanı zərər hesablanarkən əsas diqqətin insanların əmlakına dəyən ziyana yönəldiyini söyləyib: “Bir çox zallarda tarlalara dəyən ziyan hesablanmayıb və bu sahədə statistika yoxdur”.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, qanunu qəbulundan sonra sığorta hadisələrinin reyestri formalaşdırılacaq: “Statistik məlumatlar toplanmalı və elektron sistemdə yer almalıdır ki, biz sahibkara dəyən ziyanı dəqiq müəyyənləşdirək, mülahizə əsasında yox”.

Açar sözlər
Ilhamə Qədimova , Mirzə Əliyev , Ekologiya Və Təbii Sərvətlər Nazirliyi , Aqrar Sığorta Fondu , Kənd Təsərrüfatı Nazirliyi , Azərbaycanda Müştərək Sığorta Sistemi , Bərdə , Azərbaycan , Milli Məclis
İqtisadiyyat xəbərləri
Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:16 - Ona.az - İqtisadiyyat
29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı (Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı (Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı (Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı (Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı (Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı –Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Ona.az digər xəbərlər