Aqrar sığortanın subsidiyalaşdırılması üçün lazım olan vəsaitin məbləğləri açıqlanıb

Aqrar sığortanın subsidiyalaşdırılması üçün lazım olan vəsaitin məbləğləri açıqlanıb

“Azərbaycanda aqrar sığortanın tətbiqi üçün ilkin mərhələdə təxminən 9 milyon manat nizamnamə kapitalına ehtiyac olacaq”.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Milli Məclisdə, "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsində bildirib.

“Bu sahədə subsidiyalaşdırma üçün 1-ci il 8,5 milyon manat, 2-ci il 10 milyon manat, növbəti illərdə 12,5-13 milyon manat vəsait lazım olacaq. Aqrar sığorta mexanizminin tam gücü ilə işləyəcəyi 10-cu ildən sonra isə həmin məbləğ azalacaq. Çünki bu növ sığorta özünü maliyyə cəhətdən təmin edəcək”, - deyə M.Əliyev əlavə edib.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

© “Report”

Açar sözlər
Mirzə Əliyev , Kənd Təsərrüfatı Nazirliyi , Azərbaycan , Milli Məclis
İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər