AQTA “Kafe Park” restoranında pozuntu aşkarlayıb (FOTO)

AQTA “Kafe Park” restoranında pozuntu aşkarlayıb (FOTO)

Bakı. Trend:

Bir neçə gün öncə mediada Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin aparata asılan əti yeməsini əks etdirən görüntülər yayılmışdı. Fakt Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mediadan götürülərək aidiyyəti üzrə araşdırılıb.

AQTA-dan Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı sözügedən ictimai-iaşə obyektinə baxış keçirilib. Baxış zamanı kafenin həyətində yüngül metal konstruksiyadan tikilmiş dönər bişirmə sahəsi və 40 nəfər üçün nəzərdə tutulmuş yemək qəbulu zalının və emal sahəsinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub.

Baxış zamanı ictimai-iaşə müəssisəsində müxtəlif növ un məmulatlarının hazırlanmasında istifadə olunan xammalların saxlanma şəraiti və emalının normativ qaydalara uyğun aparılmadığı və sanitar-gigiyenik qaydaların tələblərinə cavab vermədiyi təsdiqini tapıb.

Bütün bunları nəzərə alaraq qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib. Sahibkara qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirməli olduğu konkret tədbirlər barədə məlumat verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Qida Təhlükəsizliyi Agentliyi , Ağa Nemətulla Küçəsi , Azərbaycan , Bakı , Nərimanov
İqtisadiyyat xəbərləri
Valideynlərin nəzərinə - Qeydiyyat başa çatır

Valideynlərin nəzərinə - Qeydiyyat başa çatır

25-04-2019 22:48 - Yenisabah.az - İqtisadiyyat
2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsindən narazı qalan vətəndaşların Apelyasiya komissiyasına müraciətlərinin qeydiyyatı bu gün başa çatır. Təhsil Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün Apelyasiya komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək. 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə elektron şagird qəbulu ilə əlaqədar yaranan digər mübahisəli məsələlərin həlli ilə bağlı vətəndaş müracətlərinin qeydiyyatı isə davam etməkdədir. Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdən ibarətdir. Komissiya paytaxtdakı 42 nömrəli tam orta məktəbdə (Ünvan: Akademik Mirqasımov küçəsi 6) təşkil edilir. Müraciətlərin qəbulu və baxılması həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək həyata keçirilir. Qeyd edək ki, tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilir.
Metbuat.az digər xəbərlər