AQTA mütəxəssisləri Xaçmazda sahibkarlarla görüşüb

AQTA mütəxəssisləri Xaçmazda sahibkarlarla görüşüb
20:07 25 Aprel 2019Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Agentlikdən Femida.az-a verilən məlumata görə, növbəti belə tədbir Xaçmazda keçirilib. Sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib.
Bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri AQTA tərəfindən daim nəzarətdə saxlanılacaq və onlarla sıx əməkdaşlıq ediləcək.
Eyni zamanda müasir kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən metodiki dəstəyin göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 148
Oxşar xəbərlər
- Azərbaycanda istifadəyə yararsız 20 tona yaxın məhsul məhv edilib
- AQTA adından rüşvət alan şəxslər müəyyən olunub - VİDEO
- Qax və Zaqatalada 188 kq yararsız ət aşkarlanıb
- AQTA sahibkarlara müraciət etdi
- AQTA-dan yarımfabrikatlarla bağlı xüsusi tələblər
- AQTA Rusiyadan heyvan məhsulları gətirilməsinə qadağa qoydu
- Baş Prokurorluq və AQTA sahibkarlara müraciət etdi
- AQTA yumurta istehsalçılarına xəbərdarlıq etdi
- AQTA quş qripi ilə bağlı növbəti monitorinq keçirdi - Nəticə
- AQTA-nın rüşvət alan “işçiləri” məhkəməyə şikayət etdi