Hadisə Kanaker-Zeytun rayonunda baş verib
Ermənistanın "Ararat" komandasının futbolçusu Muşeq Qevondyan paytaxt İrəvanda atışma zamanı qətlə yetirilib.
Hadisə Kanaker-Zeytun rayonunda baş verib. Atışma zamanı güllə yarası alan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Lakin onlardan biri - "Ararat"ın ikinci komandasında çıxış edən M.Qevondyan dünyasını dəyişib.
Klub 23 yaşlı qapıçının ölümü ilə əlaqədar başsağlığı verib.(report.az)
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.