Arif Paşadan Elbrus Orucova CAVAB : “Mən ondan yox, o, məndən üzr istəyib, həm də 2 dəfə”


Arif Paşadan Elbrus Orucova CAVAB : “Mən ondan yox, o, məndən üzr istəyib, həm də 2 dəfə”

General- mayor Elbrus Orucov Şuşanın işğalı ilə bağlı yerli mətbuata verdiyi müsahibədə ünvanına səsləndirilən ittihamları qəbul etməyərək 811-ci alayın sabiq komandiri, polkovnik Arif Paşanın ondan üzr istədiyini bildirib.

“Gedin mənim haqqımda bir vaxtlar danışmış Arif Paşayevdən soruşun! Hamının yanında məndən üzr istəyib dedi ki, Elbrus müəllim, hamının səhvi olur, siz böyük adınıza görə hamını bağışlaya bilərsiniz. Məndən də xahiş etdi. Mən də bağışladım. Mənim haqqımda Arif Paşayev, Aqil Əliyev, Fəxrəddin Səfərovdən soşurun. Mən hara, Rəhim Qazıyev hara!”

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında A.Paşayev E.Orucovun sözlərinin həqiqət olmadığını deyib: “ Mən düşünürdüm ki, Elbrus Orucov bas vermiş hadisələrdən nəticə çıxarar. Ən azından ruslarin əlində oyuncağa cevrilməyin Vətən üçün hansı fəlakətli nəticə verdiyini dərk edər. Ən azı vicdan əzabı cəkər, günahını yumaq istəyər. Amma görünür ki, yanılmışam. Orucovun Şuşa-Lacən məhkəməsində verdiyi heç bir ifadə bir- birinə uyğun gəlmirdi. Cünki yalançının yaddaşi olmur. Başdan ayağa yalan danışırdı. İndi də yalan danışır. Mən yurdumun erməni tapdağı altında qalmasında bilavasitə məsuliyyət daşıyan, mənim illərlə günahsız olaraq həbsdə yatmağıma səbəb olmuş birisindən üzr istəyə bilərdim? Əxlaq və ləyaqətdən nə qədər uzaq olmalısan ki, utanıb yerə girmək əvəzinə belə fikir səsləndirəsən. Şuşa və Laçının isğalına münasibətdə Rusiyanın Ukraynada -Krımda törətdiklərini nəzərə alaraq, düşüncələrimizdə müəyyən xırda dəyişikliklər ondan ibarətdir ki, biz Şuşani saxlamaq imkanına malik olmamışıq. Bizdən qat-qat böyük potensiala malik olan Ukraynadan Krımı qoparıb alan Rusiyanın Şuşa və Laçını da bizim əlimizdən almağa gücü yetəcəkdi. Amma bu, Elbrus Orucovun bu torpaqların işğal edilməsindəki günahlarına bəraət verə bilməz”.

A.Paşa onu da qeyd edib ki, Elbrus Orucov ondan üzr istəyib: “Birinci dəfə 1998- ci ildə mən həbsdən cıxdıqdan sonra yaşadığım qəsəbəyə gələrək ordakı "Asiman" restoranının yanında üzr istəyib. O zaman yanımızda Seyfullayev Telman Saleh oğlu da olub.

İkinci dəfə 2014-cu ildə Elmlər Akademiyası yaxınlığındakı kafede olub. O zaman Şuşa batalyonunun komandiri olmuş Fəxrəddin Səfərov və Qubadlı rayonunun komendantı olmuş Saleh Rüstəmovdan da üzr istəyib”.
Cebhe.info


Oxunma sayı: 78