"Arifin musiqiləri hər zaman yaşayacaq" - Faiq Sücəddinov


"Arifin musiqiləri hər zaman yaşayacaq" - Faiq Sücəddinov

Xəbər verdiyimiz kimi, məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

AzNews.az xəbər verir ki, mərhumla vidalaşmaq üçün bir çox incəsənət nümayəndələri və sənətkarlar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına axın ediblər. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəybəyli dahi bəstəkar haqqında bunları dilə gətirdi:

"Arif müəllim Azərbaycan bəstəkarlıq məktəbinin, ən parlaq ən istedadlı ən unikal nümayəndələrindən biridir. Hələ gənc yaşlarında maestro Niyazi ilə birlikdə dahi baletmeyster Qori Qriqoriyeviç, həmçinin Nazim Hikmət kimi dahi insanlarla ünsiyyətdə olmuşdu. Qara Qarayevin tələbəsi idi. Onun ən məşhur əsəri "Məhəbbət əfsanəsi" ona dünya şöhrəti qazandırıb. Bu əsər dünyanın 62 ölkəsində böyük uğurla tamaşaya qoyulub. Arif müəllim böyük pedaqoq idi. Səhhətində problem yaransa dabelə, son günlərinədək akademiyaya gəlirdi. Bu Azərbaycan mədəniyyəti üçün ağır itkidir".

Xalq artisti Faiq Sücəddinov isə belə deyib: "Arif Məlikovun həyatdan köçməsi məni çox kədərləndirdi. Vaxtı ilə mənim müəllimim olub. Heç inanmaq olmur ki, bu dahi şəxsiyyət artıq həyatda yoxdur. Amma onun dahi musiqiləri bizimlə hər zaman yaşayacaq. Tələbələri ilə hər zaman gözəl ünsiyyətdə olurdu. Allah ona rəhmat etsin!".

Cebhe.info


Oxunma sayı: 89