"Armata" Rusiya ordusunun silahlanmasına niyə qəbul edilmədi? – ANALİZ (HƏRBİ EKSPERT)

"Armata" Rusiya ordusunun silahlanmasına niyə qəbul edilmədi? – ANALİZ (HƏRBİ EKSPERT)

İllərdir ki, ən yüksək səviyyədə "Armata" tankının üstün xüsusiyyətlərindən bəhs edilirdi, lakin bir anda məlum oldu ki, bu tank heç də Rusiya ordusuna lazım deyil. İlkin mərhələdə 2300 ədəd tank alınması nəzərdə tutulsa da, sonra bu rəqəm 100 ədədə qədər azaldıldı. Hazırda isə yalnız 20 ədəd tank alınması barədə müzakirələr gedir, lakin bu barədə də son qərar hələ qəbul edilməyib. Belə az miqdarda texnikanın qəbul edilməsinin özü də bir başqa mövzudur.

Sual yaranır: Bəs nə baş verdi ki, "Armata" ilə bağlı planlar bir anda darmadağın oldu?

Təbii ki, burada məsələ yalnız tankın baha olmasından ibarət deyil. Silah bazarında keyfiyyətli bir vasitənin qiymətinin baha olması əsas rol oynamır. Deməli burada daha ciddi texnoloji və təşkilati problemlər mövcuddur. Bütün hərbi və siyasi rəhbərliyin dəfələrlə vəsf etdiyi tankdan ordunun birdən-birə imtina etməsi, dünya silah bazarında həm bu markanın, həm də Rusiya zirehli vasitələrinin nüfuzuna ciddi xələl gətirdi.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2018-2019-cu illərdə yalnız T-80 və T-90 tanklarının satın alınması planlaşdırılır.

Bu tankın hazırlanmasını və sınaq müddətini izləyən biri kimi, hələ də mən "Armata" tankının tam zavod və dövlət sınaqlarının keçirildiyini, tankın komissiya tərəfindən qəbul edildiyini, ən əsası da ordunun silahlanmasına qəbul etdiyini tam anlaya bilməmişəm. İndiyə qədər hər mənbə özünəməxsus fərqli açıqlamalar verib, lakin bu tankın ordu silahlanmasına qəbul edilməsi də dəqiq məlum deyil.

Bir neçə ay əvvəl isə ABŞ-ın "The National Interest" nəşri perspektiv tankların hipotetik döyüşü ilə əlaqədar fikirlərini bir məqalə vasitəsilə nəşr etdi. Mayın 15-də redaksiya "Buzz və Security" bölməsində "Tank müharibəsi: Kim qazanacaq ABŞ-ın yeni M1 "Abrams" və ya Rusiyanın "Armata" tankı? adlı məqalə yerləşdirdi.

Məqalənin başlanğıcında, müəlliflər dünyanın qabaqcıl ölkələrinin ən yeni tanklarının iştirak edə biləcəyi münaqişənin mümkün şərtlərini qısaca göstərdilər.

Çətin inanılan ssenarilər arasında Kalininqrad vilayətində 20-ci illərdə müxtəlif orduların istənməyən bir toqquşması da yer aldı. Onun nəticəsində ABŞ və Rusiya qoşunlarının ən yeni tanklarının bir-birinə qarşı çıxacağı yerli bir münaqişə yaranacağı ehtimal olunurdu.

Müəlliflər ehtimal edir ki, 20-ci illərin ortalarında ABŞ zirehli parkının əsasını "General Dynamics Land Systems" tərəfindən müasirləşdirilən M1A2 SEP v.4 tankları təşkil edəcək. Onlar SEP v.2 (Silahlı Qüvvələrdə artıq mövcuddur) və SEP v.3 (istehsalı yaxın keçmişdə başlayıb) mövcud versiyalı tanklardan aşkaretmə, rabitə və inkişaf edən qoruma vasitələri və təkmilləşdirilən sistemləri ilə fərqlənəcək. Lakin, M1A2 SEP v.4 tankı mövcud "Abrams" kimi görünəcək.

Məqalədə, ideal təhlükəsizlik xüsusiyyətlərinə və insansız qülləyə sahib "Armata" tankının yüksək hərəkətlilik xüsusiyyətlərinin göstərdiyi bildirilirdi. "The National İnterest"in məqaləsi, Rusiyanın özünün belə gözləmədiyi ən orijinal və gözlənilməz göstəricilərə malik tank yaratdığını iddia edir. Sonda məqalə müəllifləri T-14 "Armata" və M1A2 SEP v.4 "Abrams" tanklarının oxşar texniki xüsusiyyətlərinə və döyüş keyfiyyətlərinə malik olduğuna inanırlar. Nəticədə, bu döyüş maşınlarının heç birinin rəqiblə müqayisədə ciddi üstünlüyə malik olmadığını qeyd edirək balansı saxlayırlar. Absurd olan isə mövcud bir tankla sonu bəlli olmayan layihənin qarşılaşdırılması və müqayisəsi idi. Qısası "The National İnterest" nəşrinin bu məqaləsində Rusiyanın heç özünün bəyənmədiyi və sonda imtina etdiyi bir vasitənin bu qədər şişirdilməsinin səbəbləri hələ də məlum deyil.

Sadə bir oxucu kimi, bu məqalənin mümkün məqsədlərini belə görürəm: 1. ABŞ-ın "The National Interest" nəşri Rusiyanın perspektiv tanklarının imkanlarının hipotetik döyüşdə çox yüksək olduğuna rusları inandıraraq onların başlarının altına yastıq qoyurlar;
2. T-14 "Armata" layihəsinin müəllifləri və ya istehsalçı şirkət yeni zirehli vasitəni həm Rusiya, həm də dünya silah bazarına çıxarmaq üçün vaxtından əvvəl marketinq və ya görüm-baxım fəaliyyətinə başlayıblar.

Bu nəşrin 70 illik rəqibləri olan bir ölkənin özünün imtina etdiyi bir zirehli vasitəsini bu qədər şişirtməsinin başqa səbəblərini tapmaqda həqiqətən də ciddi çətinlik çəkirəm.

İstənilən halda, sınaqların tam silsiləsini keçirib tamamlamadan tankın yaradılması haqqında danışmaq ciddi hesab olunmur, bu sınaqlar haqqında etibarlı məlumatlar hələ də mövcud deyil. Biz yalnız tankın bəzi sınaqlardan keçdiyi barədə birmənalı olmayan məlumatlarla və 2015-ci ildə Moskvanın Qızıl Meydanında keçirilən hərbi paradda "Armata"nın uğursuz nümayiş kadrları ilə tanışıq. Bundan əlavə, tankın texniki xüsusiyyətləri haqqında çox az məlumat verilirdi. Onlar əsasən az bir sahəni əhatə edirdilər, əksər hallarda isə ziddiyyətli olurdu.

Bu tankın fəal inkişafı ilə keçmiş baş nazirin müavini Dmitri Roqozin məşğul olurdu. Bu ilin aprel ayında isə onu Yuri Borisov əvəz etdi. Yeni baş nazir müavininin yeni tankı normativ texniki sənədlərə uyğun olaraq sınaqlardan keçirmək istəməsi və sonra onun taleyi haqqında yekun qərar qəbul etməsi istisna olunmur. Lakin sınaqların uğurlu olması ehtimalı çox aşağıdır.

Bütün sınaqlar başa çatdıqdan və TTX tam təsdiqləndikdən sonra, seriya istehsalından əvvəl texnika, kompleks qoşun sınaqlarına cəlb edilərək müxtəlif iqlim zonalarında real döyüş rejimlərində istismar edilməli və yoxlanılmalıdır.

Bu tankın inkişaf tarixi elə də sadə olmayıb. Tankın hazırlanmasının daha əvvəl müzakirə predmetinə çevrilməsinə baxmayaraq, real işlərə 2011-ci ildə başlanılıb. Bu konsepsiyada bir çox açıq suallar mövcud idi ki, onları hərbçilər qəbul etmirdi. Sonra neçə oldusa tezbazar tank istehsal olundu və "əsaslı yeni bir tankın yaradıldığı" ən yüksək səviyyədə elan edildi. Bütün mətbuat maşını bu istiqamətə kökləndi, tank Qələbə Paradının keçirildiyi Qızıl Meydana qədər gəlib çıxdı.

İKT xəbərləri
Ordu.az digər xəbərlər
Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

26-04-2019 15:23 - Ordu.az - İKT

EL/M-2084 RLS ailəsi, artilleriya silahlarının yerləşdirilməsi koordinatlarının aşkar edilməsini, hava hücumundan müdafiənin əməliyyat vəzifələrinin həllini təmin etməklə kiçik, orta və uzaq mənzilli radiusda döyüş vəzifələri üçün ən optimal variant hesab edilir.


EL/M-2084 çoxməqsədli RLS-i yüksək fəaliyyət etibarlılığına, üzun müddət istifadə resursuna və əməliyyat rahatlığına malikdir.

Ümumi məlumat

Çoxməqsədli EL/M-2084 RLS tərəfindən vəzifələr 2 rejimdə yerinə yetirilir.

Düşmən artilleriyasının koordinatlarının aşkar edilməsində:

- Düşmənin minaatan, top, idarəolunan mərmi və raketlərinin yerləşdirilməsi koordinatlarını aşkar edir;
- Düşmənin silahlarının yerləşdirilməsi sxemini tərtib edir;
- Düşmənə endiriləcək zərbə nöqtələrinin hesabatını hazırlayır;
- Öz qoşunlarının atəş məsafəsini və digər məlumatları müəyyənləşdirir.

Hava hücumundan müdafiədə:

- Bütün növ hava hədəflərinin aşkarlanmasını və təsnifatını;
- Manevr edən hədəfləri təqib etmək üçün yüksək yenilənmə sürətini;
- Real vaxtda hava şəraitinin yaradılmasını təmin edir.


EL/M-2084 RLS-ın fəaliyyət prinsipi

EL/M-20843D RLS-in modul və miqyaslanan radar konfiqurasiyasıın iş prinsipi aktiv idarəedilən anten (AFAR) tərəfindən təmin edilir.

RLS iki əməliyyat rejimində fəaliyyət göstərir:

- Artilleriya atəş vasitələrini aşkar edən RLS rejimi: sektor 120 dərəcəyə qədər;
- HHM rejimi: yeniləmə sürətini sürətləndirmək üçün dəqiqədə 30 dəfəyə qədər fırlanma.

Bundan əlavə RLS:

- Konfiqurasiya ilə bir neçə dəfə miqyaslana bilir;
- Yüksək hərəkətliliyə və sürətli yerləşdirməyə malikdir;
- "Lockheed C-130" hərbi təyyarəsi ilə rahat daşınır;
- Məsafədən idarəedilir;
- Birləşdirilən şəbəkədə çalışmaq və geniş radioelektron mübarizə imkanlarına malikdir.

Ətraflı siqnal emalında:

- Ağır maneələr şəraitində çalışır;
- SIx elektromaqnit mühitdə işləyə bilir;
- Hədəfləri aşkar edərək təsnifatlandırır;
- Aşağı uçan hədəflərə qarşı təkmilləşdirilıb;
- Yüksək dözümlülük və rahat funksionallığa malikdir.

Əsas texniki xüsusiyyətləri 

EL/M-2084 RLS-i HHM rejimində:

- Hədəfləri 47.4 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni və ya 360 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni və ya 30480 metri əhatə edir;
- Dəqiqlik 3D formatında təmin edilir;
- Eyni zamanda 1200 hədəfi izləyə bilir.
Artilleriya batareyalarını aşkaretmə rejimində:
- Hədəfləri 100 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni əhatə edir;
- CEP (Circular Error of Probability) formatında 0.25% dəqiqlik təmin edilir;
- Dəqiqədə 200 hədəf aşkarlana bilir.


Faktiki rəqəmlər RLS-in modelinə, konfiqurasiyasına və ölçüsünə görə dəyişə bilər.

Əvvəllər İsrailin silah bazarında rəqib olmağa çalışan şirkətlər tərəfindən iddia edilirdi ki, "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2084 RLS-ləri NATO-nun HHM/RƏM sisteminə inteqrasiya edilməsi mümkün deyil, çünki onlar qeyri-NATO ölkəsində istehsal edilib.