ARNDF qızıl ehtiyatını 71,75 tona çatdırıb

ARNDF qızıl ehtiyatını 71,75 tona çatdırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-mart aylarında 20,8 ton qızıl alıb. ONA-ın ARDNF-ın 2019-cu ilin birinci rübün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, martın 31-nə Fondun investisiya portfelində qızılın ümumi həcmi 71,75 ton olub. Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata görə, ARDNF-ın investisiya portfelində qızılın ümumihəcmi 50,95 ton olub. Qızıl investisiyaları hazırda Fondun investisiya portfelində çəkisi 7,4%-dir.

İqtisadiyyat xəbərləri
Lent.az digər xəbərlər