"Arsenal"da yeni müqavilə

"Arsenal"da yeni müqavilə

"Arsenal" heyətini gücləndirib.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "topçular" ötən mövsüm Estoniya üçüncü liqa təmsilçisi "Nomme Yunayted"dən U-18 komandasına cəlb etdiyi Karl Heynlə peşəkar müqavilə bağlayıb. 17 yaşlı qolkiperin sözləşməsinin müddəti 2022-ci ilə qədərdir.

Qeyd edək ki, bu mövsüm "Arsenal"ın U-18 komandasının heyətində 6 oyun keçirən gənc qapıçı 9 qol buraxıb. O, yalnız bir oyunda qapısını toxunulmaz saxlayıb.

İdman xəbərləri
Faktor.az digər xəbərlər
Azərbaycan və Türkmənistan gömrük orqanları qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirəcək

Azərbaycan və Türkmənistan gömrük orqanları qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirəcək

09-05-2019 15:00 - Faktor.az - İqtisadiyyat

Mayın 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Səfər Mehdiyev iki ölkə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdəki işgüzar əlaqələrdən söhbət açıb, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.
 
Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində aparılan islahatlardan bəhs edib, tətbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

O da qeyd edilib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərndə yerləşməsi Azərbaycanın beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan ölkəmiz, xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi gömrük işinin təşkili istiqamətində də səmərəli və işğüzar münasibətlərin qurulmasına önəm verir.