Arvadını döyən müğənni saxlanıldı - FOTO


Model Seçkin Piriler keçmiş həyat yoldaşı "Duman" qrupunun solisti Kaan Tangözenin uşaqlarının gözü önündə onu döydüyünü iddia etmişdi.

BiG.AZ xəbər verir ki, bununla bağlı polisə şikayət ərizəsi yazan Seçkin xəstəxanadan zədə almasını təsdiq edən kağız da alıb.

Onun ifadəsindən sonra polis Tangözeni nəzarətə alıb. O, keçmiş aravadının iddiasını rədd edib. Müğənni "Mən onu döymədim. Təhqir olundum" deyib. Kaan bir neçə saat polis idarəsində qaldıqdan sonra evinə gedib. Polis məsələ ilə bağlı araşdırmanı davam etdirir.

Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər