“Arxeologiya sahəsində işlədilən eşşəyə 40, fəhləyə 8 manat ayrılır” - DİREKTOR

“Arxeologiya sahəsində işlədilən eşşəyə 40, fəhləyə 8 manat ayrılır” - DİREKTOR

"Ən böyük problemimiz fəhlə problemidir. Arxeoloqlara beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarımız yoxdur. İkinci problemimiz isə fəhlələrə ayrılan puldur".


AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova ONA-a müsahibəsində deyib.


Bildirib ki, Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır."Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüz fikirləşin - istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 Manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədə çalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var. Fəhləni də çox çətinliklə tapırıq. Sözügedən məsələni Nazirlər Kabineti qarşısında qaldırmışıq. Görək nəticəsi nə olacaq. Həmçinin avadanlıq problemimiz var. Dronlara ehtiyacımız var. Aparatlarımız demək olar ki, yox dərəcəsindədir. Bütün ekspedisiyalarımıza çatmır"

İqtisadiyyat xəbərləri

İqtisadiyyat naziri Beynəlxalq Maliyyə Korporasiyasının regional direktoru ilə görüşüb

08-05-2019 21:41 - Cebhe.info - İqtisadiyyat
İqtisadiyyat naziri Beynəlxalq Maliyyə Korporasiyasının regional direktoru ilə görüşüb
 08/05/2019 21:41:00 İqtisadiyyat naziriŞahin MustafayevBeynəlxalq Maliyyə Korporasiyasının (IFC)Cənubi Qafqazüzrə regional direktoruYan Van Bilsenilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Görüşdə Ş.Mustafayev Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən IFC ilə uğurlu əməkdaşlıq etdiyini, qurumun kredit verməsi, texniki yardım göstərməsi, müştəri risklərinin və təşkilatların likvidliyinin idarə edilməsi və digər alətlər vasitəsilə özəl sektorun inkişafına göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

IFC ilə neft-qaz, qeyri-neft sektorunun inkişafı, turizm, İKT, pərakəndə ticarət, investisiya mühitinin təkmilləşdirilməsi, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə əməkdaşlıq edildiyini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə IFC və İqtisadiyyat Nazirliyinin birgə icra etdiyi “Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi” layihəsinin özəl sektor üçün əlverişli biznes və investisiya mühitinin təkmilləşdirilməsi, ölkəmizin Doing Business hesabatlarındakı göstəricilərinin yaxşılaşdırılması baxımından verdiyi töhvənin önəmi qeyd edilib.
Azxeber.com digər xəbərlər