“Arzum övladlarımı və millətimi sağlam görməkdir...”

Bu gü xalq artisti Canəli Əkbərovun doğum günüdür. C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayon Tükəvilə kəndində anadan olub. Muğam ustadı muğamın sirlərini atası Xanəlidən öyrənib.
Doğum günüylə bağlı
Moderator.az-a danışan xalq artisti ölkəmizə əmin-amanlıq arzulayıb:“Təbrikiniz üçün çox sağ olun. Bu gün doğum günümlə bağlı evdə hazırlıq işləri gedir. Axşama qohum-əqrəba yığışacaqlar. Belə gündə əlbəttə ki, arzum övladlarımı, millətimi sağlam görməkdir. Ailələrimiz pak olsun. Öz sahəmdə həmişə dövlətim qarşısında üzüm ağ, ölkəmiz qüdrətli olsun. Bunlar olandan sonra hər şey yaxşı olacaq”.
Qeyd edək ki, C.Əkbərov Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyərək öz ifaçılıq qabiliyyətini təkmilləşdirib. 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Vasif Əlihüseyn