“AS Qrup İnvestment” Çin şirkəti ilə əməkdaşlıq sazişi bağladı

“AS Qrup İnvestment” Çin şirkəti ilə əməkdaşlıq sazişi bağladı

Çinin nəhəng dövlət korporasiyası “China CAMC Engineering Co., Ltd.” (CAMCE) ilə Azərbaycanın “AS Qrup İnvestment” arasında iri layihələrin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq sazişi bağlanıb.

Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, razılaşma Pekində keçirilən Asiyanın ən iri iqtisadi toplantısı “One Belt One Road” (Bir Kəmər, Bir Yol) forumu çərçivəsində təşkil olunan görüş zamanı imzalanıb.

Sazişə əsasən CAMCE iki istiqamətdə: Aqro-Sənaye-Logistika Mərkəzinin yaradılması, və logistika bazasının genişləndirilməsi ilə bağlı “AS Qrup İnvestment”ə maliyyə və xidmət dəstəyi göstərəcək.

Birinci istiqamət üzrə “AS Qrup İnvestment”ə aid “AS Aqro” şirkətinin fəaliyəti genişlənəcək – Quba, Göyçay, Bakı şəhərlərində Aqro-Sənaye-Logistika Mərkəzləri yaradılacaq. “AS Aqro” hazırda Hövsan qəsəbəsində Abşeron aqroparkının idarəçiliyi və inkişafı ilə məşğuldur.

Aqro sənaye kompleksində meyvə konsentrantı və meyvə şirəsi istehsalı da nəzərdə tutulub. Bununla “AS Qrup İnvestment” yeni istehsalat sahəsində fəaliyyətə başlamış olacaq.

Strateji əməkdaşlığın ikinci istiqaməti isə şirkətlər qrupunun logistika xidmətlərinin dəfələrlə böyüdülməsini hədəfləyir. “Fresh Logistics” şirkətinin bazası artırılaraq soyuduculu yük maşınlarının sayı 200-ə çatdırılacaq. Şirkət hazırda 20 soyuduculu tırla ölkədaxili və beynəlxalq yükdaşıma xidməti həyata keçirir.

Sazişə əsasən tərəflər əlavə istiqamətlər üzrə potensial əməkdaşlıq imkanlarını da araşdıracaqlar. Bunun üçün AS və CAMCE şirkətlərinin rəhbərliyi səviyyəsində müxtəlif qarşılıqlı səfərlər və görüşlər nəzərdə tutulub.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı üçün 2016-cı ildə imzaladığı sərəncam və fərmanlar, bu sahədə görülən dəstək tədbirləri “AS Qrup İnvesment” aqro sektorda fəaliyyətə başlamasını stimullaşdırıb. Qısa zamanda böyüyən “AS Aqro” və “Fresh Logistics” şikətləri ölkədə yaradılmış münbit şəraitdən istiadə edərək daha da inkişaf edir və artıq xaricdən iri investisiyaların cəlbində iştirak edir.

Açar sözlər
Ilham Əliyev , As Qrup Invest , Azərbaycan , Bakı , Abşeron , Quba , Çin , Göyçay , Pekin
İqtisadiyyat xəbərləri

Dövlət xəstəxanalarının həkimlərinin maaşı 245-325 manat civarındadır - Ekspert biabırçı durumu şərh etdi

26-04-2019 12:55 - Cebhe.info - İqtisadiyyat
Amma minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişiklikdən sonra bu sferada vəziyyətə baxıram, çox acınacaqlı durumdur".

Cebhe.infoxəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev irəli sürüb.

O bildirib ki, mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə dövlət səhiyyə müəssislərində əmək stajından asılı olaraq həkim heyəti 9-15-ci dərəcələr, orta tibb heyəti 5-9-cu dərəcələr, aşağ tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar:

"Yeni artımlardan sonra dövlət səhiyyə müəssislərində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-ci dərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib.

Amma gəlir vergisi və sosial sığorta ayırmalarında baş verən dəyişikliklərdən sonra işçiyə çatası xalis əməkhaqqının gross məvacibə nisbəti aşağı düşüb.

Belə ki, 2019-cu ilin yanvarın 1-dək qüvvədə olan qanunvericiliyə görə maaşların yaşayış minimumunun 1 mislinədək olan hissəsi, yəni 2018-ci ildə 173 manat gəlir vergisindən azad idi.
Qafqazinfo.az digər xəbərlər