“AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqrosənaye sahəsində fəaliyyətini genişləndirəcək

“AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqrosənaye sahəsində fəaliyyətini genişləndirəcək

Çinin nəhəng dövlət korporasiyası “China CAMC Engineering Co., Ltd.” (CAMCE) ilə Azərbaycanın “AS Qrup İnvestment” arasında iri layihələrin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq sazişi bağlanıb.

ONA-nın məlumatına görə, razılaşma Pekində keçirilən Asiyanın ən iri iqtisadi toplantısı “One Belt One Road” (Bir Kəmər, Bir Yol) forumu çərçivəsində təşkil olunan görüş zamanı imzalanıb.

Sazişə əsasən CAMCE iki istiqamətdə: Aqro-Sənaye-Logistika Mərkəzinin yaradılması, və logistika bazasının genişləndirilməsi ilə bağlı “AS Qrup İnvestment”ə maliyyə və xidmət dəstəyi göstərəcək.

Birinci istiqamət üzrə “AS Qrup İnvestment”ə aid “AS Aqro” şirkətinin fəaliyəti genişlənəcək - Quba, Göyçay, Bakı şəhərlərində Aqro-Sənaye-Logistika Mərkəzləri yaradılacaq. “AS Aqro” hazırda Hövsan qəsəbəsində Abşeron aqroparkının idarəçiliyi və inkişafı ilə məşğuldur.

Aqro sənaye kompleksində meyvə konsentrantı və meyvə şirəsi istehsalı da nəzərdə tutulub. Bununla “AS Qrup İnvestment” yeni istehsalat sahəsində fəaliyyətə başlamış olacaq.

Strateji əməkdaşlığın ikinci istiqaməti isə şirkətlər qrupunun logistika xidmətlərinin dəfələrlə böyüdülməsini hədəfləyir. “Fresh Logistics” şirkətinin bazası artırılaraq soyuduculu yük maşınlarının sayı 200-ə çatdırılacaq. Şirkət hazırda 20 soyuduculu tırla ölkədaxili və beynəlxalq yükdaşıma xidməti həyata keçirir.

Sazişə əsasən tərəflər əlavə istiqamətlər üzrə potensial əməkdaşlıq imkanlarını da araşdıracaqlar. Bunun üçün AS və CAMCE şirkətlərinin rəhbərliyi səviyyəsində müxtəlif qarşılıqlı səfərlər və görüşlər nəzərdə tutulub.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı üçün 2016-cı ildə imzaladığı sərəncam və fərmanlar, bu sahədə görülən dəstək tədbirləri “AS Qrup İnvesment” aqro sektorda fəaliyyətə başlamasını stimullaşdırıb. Qısa zamanda böyüyən “AS Aqro” və “Fresh Logistics” şikətləri ölkədə yaradılmış münbit şəraitdən istiadə edərək daha da inkişaf edir və artıq xaricdən iri investisiyaların cəlbində iştirak edir.

Açar sözlər
Ilham Əliyev , As Qrup Invest , Çin , Göyçay , Abşeron , Quba , Pekin , Azərbaycan , Bakı
Hadisə xəbərləri
Ona.az digər xəbərlər
Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:16 - Ona.az - Siyasət

 Bu ilin il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilmişdir.

ONA-ya AZALədan verolən məlumata görə, mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.

29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):





Reysin nömrəsi


 Marşrut


Bakıdan uçuş


Təyinat məntəqəsinə gəliş


Təyinat məntəqəsindən uçuş


Bakıya gəliş




J2-003/004


Bakı-Ankara-Bakı


20:00


21:30


22:30


01:50+




J2-011/012


Bakı-Dubay-Bakı


04:50


07:45


10:10


13:10




J2-026


Antalya-Bakı





16:00


19:50




J2-076


İstanbul (IST)-Bakı





16:30


20:15




J2-9683/9684


Kiyev (IEV)-Bakı

(Buta Airways)





16:10


20:30




J2-9575/9576


Bakı-Kazan- Bakı

(Buta Airways)


20:00


21:50


22:50


02:50+




J2-9717/9718


Bakı-Mineralnıye Vodı-Bakı

(Buta Airways)










21:00


21:40


22:40


01:05+




J2-809/810


Bakı-Moskva (VKO)-Bakı


Reyslər ləğv edilmişdir




J2-079/080


Bakı - İstanbul-Bakı 


Reyslər ləğv edilmişdir




J2-852/851


Bakı- Moskva (DME)- Bakı


Reyslər ləğv edilmişdir




J2-255


Bakı-Naxçıvan


Reys ləğv edilmişdir




J2-254


Naxçıvan- Bakı


Reys ləğv edilmişdir







30 may (yerli vaxt göstərilmişdir):







Reysin nömrəsi


Marşrut


Bakıdan uçuş


Təyinat məntəqəsinə gəliş


Təyinat məntəqəsindən uçuş


Bakıya gəliş




J2-011/012


Bakı-Dubay-Bakı


12:40


15:35


16:45


19:45




J2-827


Bakı-Moskva (VKO)


02:45


05:00







J2-852/851


Bakı- Moskva (DME)- Bakı


11:40


13:50


14:50


18:40




J2-9111/9112


Bakı-Alanya-Bakı

(Buta Airways)


12:30


14:30


15:30


19:20




J2-9685/9686


Bakı-Odessa-Bakı

(Buta Airways)


12:15


14:40


15:40


19:40




J2-239


Bakı–Gəncə


Reys mayın 29-na keçirilmişdir 

uçuş: 08:00, eniş: 09:00




J2-021/322


Bakı –Təl-Əviv –Bakı


Reyslər ləğv edilmişdir




J2-075/076


Bakı – İstanbul (IST)-Bakı


Reyslər ləğv edilmişdir




J2-9103/9104


Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-9223/9224


Bakı-Tbilisi-Bakı

(Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-9017/9018


Bakı -Tehran - Bakı

(Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-251


Bakı-Naxçıvan


Reys ləğv edilmişdir




J2-258


Naxçıvan-Bakı


Reys ləğv edilmişdir





 

Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.