“AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqrosənaye sahəsində fəaliyyətini genişləndirəcək (FOTO)

“AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqrosənaye sahəsində fəaliyyətini genişləndirəcək (FOTO)

Bakı. Trend:

Çinin nəhəng dövlət korporasiyası “China CAMC Engineering Co., Ltd.” (CAMCE) ilə Azərbaycanın “AS Qrup İnvestment” arasında iri layihələrin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq sazişi bağlanıb. Razılaşma Pekində keçirilən Asiyanın ən iri iqtisadi toplantısı “One Belt One Road” (Bir Kəmər, Bir Yol) forumu çərçivəsində təşkil olunan görüş zamanı imzalanıb.

Sazişə əsasən CAMCE iki istiqamətdə: Aqro-Sənaye-Logistika Mərkəzinin yaradılması və logistika bazasının genişləndirilməsi ilə bağlı “AS Qrup İnvestment”ə maliyyə və xidmət dəstəyi göstərəcək.

Birinci istiqamət üzrə “AS Qrup İnvestment”ə aid “AS Aqro” şirkətinin fəaliyəti genişlənəcək – Quba, Göyçay, Bakı şəhərlərində Aqro-Sənaye-Logistika Mərkəzləri yaradılacaq. “AS Aqro” hazırda Hövsan qəsəbəsində Abşeron aqroparkının idarəçiliyi və inkişafı ilə məşğuldur.

Aqro sənaye kompleksində meyvə konsentrantı və meyvə şirəsi istehsalı da nəzərdə tutulub. Bununla “AS Qrup İnvestment” yeni istehsalat sahəsində fəaliyyətə başlamış olacaq.

Strateji əməkdaşlığın ikinci istiqaməti isə şirkətlər qrupunun logistika xidmətlərinin dəfələrlə böyüdülməsini hədəfləyir. “Fresh Logistics” şirkətinin bazası artırılaraq soyuduculu yük maşınlarının sayı 200-ə çatdırılacaq. Şirkət hazırda 20 soyuduculu tırla ölkədaxili və beynəlxalq yükdaşıma xidməti həyata keçirir.

Sazişə əsasən tərəflər əlavə istiqamətlər üzrə potensial əməkdaşlıq imkanlarını da araşdıracaqlar. Bunun üçün AS və CAMCE şirkətlərinin rəhbərliyi səviyyəsində müxtəlif qarşılıqlı səfərlər və görüşlər nəzərdə tutulub.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı üçün 2016-cı ildə imzaladığı sərəncam və fərmanlar, bu sahədə görülən dəstək tədbirləri “AS Qrup İnvesment” aqro sektorda fəaliyyətə başlamasını stimullaşdırıb. Qısa zamanda böyüyən “AS Aqro” və “Fresh Logistics” şikətləri ölkədə yaradılmış münbit şəraitdən istiadə edərək daha da inkişaf edir və artıq xaricdən iri investisiyaların cəlbində iştirak edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Ilham Əliyev , As Qrup Invest , Pekin Xəbərləri Class , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Quba Xəbərləri Class , Göyçay Xəbərləri Class , Pekin , Çin , Göyçay , Abşeron , Quba , Bakı , Azərbaycan
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-Prisi start götürəcək - AFİŞA

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-Prisi start götürəcək - AFİŞA

26-04-2019 08:03 - Metbuat.az - Siyasət
Təqvim


Tarix
Qran-pri
Tras
Uzunluq
Dövrə
Məsafə
Qalib
Komanda


17/03
 
Avstraliya
Albert-Park
5303 m
58
307,574
V.Bottas
Mercedes


31/03
 
Bəhreyn
Saxir
5412 m
57
308,238
L.Hemilton
Mercedes


14/04
 
Çin
Şanxay
5451 m
56
305,066
L.Hemilton
Mercedes


28/04
 
Azərbaycan
Bakı
6003 m
51
306,049
-
-


12/05
 
İspaniya
Barselona
4655 m
66
307,104
-
-


26/05
 
Monako
Monte-Karlo
3337 m
78
260,286
-
-


09/06
 
Kanada
Monreal
4361 m
70
305,270
-
-


23/06
 
Fransa
Pol Rikar
5842 m
53
309,690
-
-


30/06
 
Avstriya
Şpilberq
4318 m
71
306,452
-
-


14/07
 
Böyük Britaniya
Silverstoun
5891 m
52
306,198
-
-


28/07
 
Almaniya
Hokkenhaym
4574 m
67
306,458
-
-


04/08
 
Macarıstan
Hunqarorinq
4381 m
70
306,630
-
-


01/09
 
Belçika
Spa
7004 m
44
308,052
-
-


08/09
 
İtaliya
Montsa
5793 m
53
306,720
-
-


22/09
 
Sinqapur
Marina-Bey
5063 m
61
308,706
-
-


29/09
 
Rusiya
Soçi
5848 m
53
309,745
-
-


13/10
 
Yaponiya
Suzuka
5807 m
53
307,741
-
-


27/10
 
Meksika
Mexiko
4304 m
71
305,354
-
-


03/11
 
ABŞ
Ostin
5513 m
56
308,896
-
-


17/11
 
Braziliya
San-Paulu
4309 m
71
305,939
-
-


01/12
 
Abu-Dabi
Yas-Marina
5554 m
55
305,355
-
-




Yeni mövsümün ilk üç mərhələsində Almaniyanın “Mercedes” komandasının pilotları qalib olublar.