ASELSAN infraqırmızı dedektorları milliləşdirir

ASELSAN infraqırmızı dedektorları milliləşdirir
Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin qabaqcıl texnologiya mərkəzi ASELSAN tərəfindən, yüksək qabiliyyətli hərbi sistemlərin əsas komponentlərindən infraqırmızı dedektorların təkmilləşdirilməsi, istehsalı və platformalara inteqrasiyası sahəsində ciddi nailiyyətlər əldə edilib.

Uzun və əhatəli araşdırmalar nəticəsində əldə edilən infraqırmızı dedektor texnologiyasında elm və texnologiyanın ən qabaqcıl imkanları istifadə edilir. Bu sahədəki tətbiqlər təsir və üstünlük təmin edilir, ümumilikdə isə başqa kritik texnologiyanın istehsalına imkan hazırlayır.

Son illərdə edilən gərgin çalışmalar sayəsində orta dalğaboyu infraqırmızı bandda çalışan, 640x512 formatındakı, 15 mikrometr piksel addıma sahib civə kadmium tellur əsaslı dedektorlar da ASELSAN tərəfindən istehsal edilə biləcək hala gəlib. Bu dedektorlar isə əsasən kəşfiyyat müşahidəsi, raket axtarış başlığı, nişanalma sistemləri, PUA-larda istifadə ediləcək.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:


1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.