Asfalt yollar, hündür binalar... - Daha “quşlar, quşlar ay, quşlar” oxuya bilmirik

Asfalt yollar, hündür binalar... - Daha “quşlar, quşlar ay, quşlar” oxuya bilmirik

Yoxsa dünyada quşların sayında azalma müşahidə olunur?

Xeberle.com xəbər verir ki, modern.azsaytı mövzuya münasibət öyrənməyə çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov saytımıza açıqlamasında deyib ki, bunun əsas səbəblərindən biri müxtəlif sahələrdə gedən inkişafla bağlıdır.

"Bunların bir qismi kənd təsərrüfatının intensiv sürətdə inkişafı ilə bağlıdır. Əvvəlki yem bazaları olan ərazilər əkinə yararlı torpaqlara çevrilib. Digər tərəfdən yol çəkilib, tikinti işləri aparılır. Əvvəlki su-bataqlıq ərazilər də qurudulur, onların yerində təsərrüfat fəaliyyəti üçün binalar tikilir. Məsələn, bir nümunə deyim. Yasamal dərəsi deyilən yerdə göl vardı. 5 il öncə orada Sultan toyuğu, Filaminqo quş növlərinə rast gəlmək mümkün idi. İndi isə həmin yerdə Sədərək və başqa ticarət obyektləri tikilib. Təbii ki, həmin ərazilərə quşlar qonmayacaq. Çünki orada intensiv insan hərəkəti mövcuddur”.

İnstitut direktoru bildirib ki, bəzi ərazilərdə həyəcan təbili artıq çalınır.

"Bu yaxınlarda alman mütəxəssisləri ilə birgə bizim mütəxəssislər "beşbarmaq” ərazisində quşların miqrasiya monitorinqi üzərində çalışırdılar. Xarici mütəxəssislər yeni çəkilən həmin yolun quşların miqrasiyasına mənfi təsir etdiklərini qeyd etdilər. Təkidlə təklif etdilər ki, həmin proyektoriya dəyişilsin. Amma hazırda bu mümkn deyil. Dəyişikliyin edilməsinə gec qalmışıq. Gərək əvvəlcədən bu məsələ razılaşdırılaydı. Çünki həmin əraziyə çoxlu vəsait xərclənib”.

Elman Yusifov quşların azalmadığını da söyləyib.

"Amma quşların miqrasiyasında, say dinamikasında kəskin qlobal dəyişiklik yoxdur. Sadəcə, quşlar yuxarıdan hansı yerin əlverişli olmadığını görüb başqa marşrut xətti seçirlər. Düzdü, bu cür hallarda quşları özümüzdən uzaqlaşdırırıq. Reallıq isə başqadır. Biz səliqəli yollar, gözəl binalar istəyirik. Ona görə də bir çox hallarda digər canlıların evini əllərindən almaq məcburiyyətində qalırıq”.





Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər