Aslan İsmayılov niyə cəzalandırılmalıdır?

Aslan İsmayılov niyə cəzalandırılmalıdır?

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Mərhum dahi rəhbərimiz Heydər Əliyevin bu məşhur kəlamı Konstitusiyamızın dəyişilməz müddəası olan hüquqi dövlətçilik prinsipinin ən gözəl ifadəsidir. Həqiqətən də tarix bir çox siyasi sistemlərin məhz bu səbəbdən çökdüyünü dəfələrlə sübut edib. Məhz bu həqiqəti nəzərə alan Mustafa Kamal Atatürk də “Mülkün təməli ədalətdir” deyərək, öz davamçılarını hüququn aliliyini qorumağa dəvət etmişdir. Ölkə başçımız İlham Əliyev də son islahatlarına hüquqdan başlamaqla əslində öz sələfinin irsinə sədaqətini nümayiş etdirmişdir.

Zənnimcə, cənab prezidentimizin tərəqqipərvər təşəbbüsü ilə start verilən hüquqi islahatların ən önəmli tərəfi məhkəmə hökmlərinin icrası ilə bağlı olmalıdır. Sirr deyil ki, ölkəmizdə bir çox hallarda məhkəmə hökmlərinin icrasında yaşanan axsamalar bütün hüquq sistemini işləməz hala gətirir. İcra məmurlarının ləng hərəkətləri ilk növbədə məhkəmələrin nüfuzunu aşağı salır və yeni cinayətlərə yol açır. Halbuki, qanunun gücü onun icra mexanizminin çevikliyi ilə ölçülür. Bu mənada hüquq ilahəsi kimi tanınan Femidanın bir əlində tərəzi, digər əlində qılınc tutması və hər kəsin qarşısında gözü bağlı dayanması təsadüfi deyil. Sözsüz ki, Femidanın əlindəki qılınc icra mexanizminin gücünü, gözü bağlılıq isə hər kəsin qanun qarşısında bərabərliyini göstərir. Bu iki amil – tərəfsizlik və kəskinlik olmadan nizam-tərəzinin də heç bir mənası qalmır.

İddiamızın ən bariz nümunəsini Aslan İsmayılovun məhkəmə hökmlərinə saymazyana münasibətində görə bilərik. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, artıq 2 ildir ki, bir sıra məhkəmə instansiyaları bu adam barədə imperativ qərarlar çıxarsa da, onların heç biri indiyədək yerinə yetirilməyib və özünü hüquqşünas adlandıran Aslan İsmayılov dəfələrlə sosial şəbəkələrdə verdiyi açıqlamalarda məhkəmə hökmlərini icra etməyəcəyini bildirib. Nədənsə, ölkəmizin müvafiq qurumları bu özbaşınalığa biganə yanaşırlar.

Nəticədə özünü qanunların fövqündə görən bu adamın ilişmədiyi dövlət qurumu, iş adamı, siyasi xadim qalmayıb. Bir çox hallarda tərəf-müqabillərini açıq şəkildə şantajdan belə çəkinməyən hüquqşünasın bu qanunsuz fəaliyyətini dayandırmaq üçün dövlət qurumları hərəkətə keçməlidir. Bu hansısa iş adamından, dövlət məmurundan, hakimiyyət orqanlarından daha çox dövlətin stabilliyi üçün lazımdır. İki il bundan əvvəl qələmə aldığım bir yazıda da bu fikrimi açıq şəkildə bəyan etmiş və Aslan İsmayılovun məndən üzr istəməsinin vacibliyini dövləti maraqlarla əsaslandırmışdım. Yazıda qeyd etmişdim ki, Aslan İsmayılov kimi özündən bixəbərin məndən üzr istəməsi şəxsi maraqlarım üçün deyil, dövlət maraqları üçün önəmlidir. Daha artıq şərhə yol vermədən, həmin yazını yenidən oxucularla paylaşıram.

“Səhv insan oğlunun özünü kəşf etmək yolunda açdığı qapıdan başqa bir şey deyil”- ötən əsrin ən böyük irland mütəfəkkiri Cems Coys delə deyir.

Mütəfəkkirin bu fikirlərini özündən əvvəl yaşamış bir çox elm xadimləri və dinlər də təsdiqləyir. Məsələn, Qurani-Kərimə görə, Allah Taala insanı günahlardan münəzzəh yaratmayıb; hər kəs səhv edə və sonra öz səhvini düzəldə bilər. Hətta müqəddəs kitabımıza görə, insanlıq tarixinin ilk peyğəmbəri Adəm əleyhis-səlam da səhv edib və bu səhvinin ücbatından cənnətdən qovulub. Peyğəmbərlərin belə səhv etdiyi dünyada sıravi adamların səhvsiz olduğunu düşünmək, əlbəttə ki, yersizdir.

Cems Coysun məntiqinə inansaq, insanoğlunun səhvi bəzən böyük kəşfləri də özüylə bərabərində gətirir. Bir çox alimlər ilk əvvəl səhv olduğunu düşündükləri və təsadüfi addımlarının sayəsində böyük ixtiralara imza atıblar. Bu gün bəşəriyyət bəlkə də həmin səhv addımların çörəyini yeyir, indiki inkişafını məhz bu yanlışlara borcludur. Müdrik Azərbaycan xalqının bu mənada çox gözəl bir atalar sözü var: “Hər yanlış bir naxışdır”. İnsanlıq tarixi bu naxışlarla bəzənə-bəzənə gəlib indiki mərhələyə çatıb.

İnsan yanlışlardan sığortalanmadığına görə öz səhvini etiraf etməkdən də utanmamalıdır. Necə ki, Türkiyənin indiki prezidenti uzunmüddətli iqtidarı dövründə dəfələrlə xalqdan üzr istəyib. Amma bu, onun xəncərinin qaşını düşürməyib, nüfuzuna xələl gətirməyib. Əksinə, R.T.Ərdoğanı xalqın gözündə daha ucaldıb. Çünki üzr istəmək bir şərəf, ərdəm məsələsidir.

Nə yazıq ki, bəzi xudpəsənlər bu ərdəmi anlaya bilmir, nəyin bahasına olursa olsun, öz səhvinə görə üzr istəməyəcəklərini bildirirlər. Halbuki, onlar bu yolla qarşısındakı yox, özlərini ucalda bilərlər.

Özünü Azərbaycanın ən böyük hüquqşünası sayan Aslan İsmayılov da bu xudpəsənlik mərəzinə yoluxanlardandır. Məhkəmə qərararına baxmayaraq, məndən üzr istəməyəcəyini bəyan edir və bu ərdəmsizlizliyini videoya çəkib bütün millətə göstərir. Bu zavallı adam anlamır ki, onun üzr istəyib-istəməməsinin mənə zərrə qədər də ziyanı yoxdur. Əksinə, özü haqqında qənaət formalaşdırdığına görə, bu inadkarlıq Aslan İsmayılova daha çox zərər vurur.

Aslan İsmayılov öz inadkarlığını İnsan Haqları Konvensiyası ilə əsaslandırır. Dediyinə görə, İnsan Haqları Konvensiyası zülmə uğrayan hər kəsə üsyan etmək hüququ verir və bu adam da guya həmin hüququndan yararlanır.

Elə bu faktın özü də Aslan İsmayılovun onu qanuna əməl etməyə, mədəni və ərdəmli olmağa çağıran dəvəti zülm kimi gördüyünü ortaya qoyur. Ceym Coysun nöqteyi-nəzərincə məsələyə baxsaq, aydın olur ki, Aslan İsmayılov hələ də özünü kəşf etməyib.

Açığını desəm, özünü dərk etməmiş bir adamın məndən üzr istəməsini heç arulamıram da. Çünki yalnız ərdəmli insanların üzrü hansısa məna kəsb edir, əhəmiyyət daşıyır. Bu mənəvi inkişaf mərhələsində geridə qalanların üzrü isə qəbahətlərindən də betər olur. Mənə isə qəhabətini anlayan bir insanın üzrxahlığı lazımdır. Ona görə yox ki, bundan fəxarət duyub sinəmə döyəcəyəm. Ona görə ki, bir adamın islah olunmasında, daha ali əxlaq mərtəbəsinə yüksəlməsində zərrə qədər də olsa rolum olacaq və bunun səvabını qazanacağam.

Aslan İsmayılovun üzr istəməkdən boyun qaçırması mənə heç bir zərəri olmasa da, hüquqa hörmətsizlikdir. Zira bu hökmü Azərbaycan məhkəmələri qəbul edib. Ən sonuncu instansiya məhkəmələrinə qədər gedən bu prosesdə Azərbaycanın ədalət sistemi indiyədək hüququn çörəyini yeyən bu adamın üzr istəməsinə qərar verib. Aslan İsmayılov da bir hüquqşünas kimi məhkəmənin verdiyi bu qərara hörmət etməli və qanunlar qarşısında boynunun qıldan incə olduğunun nümunəsini yaratmalıdır. O isə qanuna tabe olmamaqla üsyanı təşviq edir. Prezident seçkilərinin keçirildiyi və xarici güc mərkəzlərinin ölkəmizdə təxribatlara hazırlaşdığı indiki dövrdə üsyanın legitimliyini əsaslandırmağa çalışır. Dolayısıyla bu yolla Azərbaycan insanını üsyana çağırır. Bax, məni ən çox narahat edən məsələ budur: Aslan İsmayılovun dövləti cinayəti təbliğ etməsi və bunun nümunəsini yaratması. Yoxsa onun üzr istəməməsi mənim haqsızlığımı sübuta yetirmək iqtidarında deyil. Sivil, hüququn aliliyini əldə rəhbər tutan cəmiyyətlərdə kimin haqlı, kimin haqsız olduğuna məhkəmələr qərar verir və məhkəmələrin qərarı da ortadadır.

Söz yox ki, Aslan İsmayılovun, həftə səkkiz mən doqquz, əleyhimə heç bir hüquqi əsası olmadan ittihamlar yağdırması, məni gah “dələduz”, gah “mafiya babası” adlandırması şərəf və ləyaqətimə qarşı edilmiş hücumdur və bunun mütləq bir cəzası olmalıdır. Azərbaycan məhkəmələri də bu amili nəzərə alıb Aslan İsmayılovu nəzakətə səsləyib. Bununla da əslində Aslan İsmayılovu nəzakətli adam kimi qəbul etdiyini ortaya qoyub. Axı, yalnız nəzakətli adamdan, türklər demişkən, nazik addım gözlənilə bilər. Aslan İsmayılov isə bu addımı atmayacağını bildirərək, əslində öz xarakterini bütün çılpaqlığı ilə nümayiş etdirir. Bu baxımdan onun məhkəmələrin ədalətsizliyindən gileylənməyə mənəvi haqqı yoxdur. Nədən ki, məhkəmələr ona özünün özünə rəva görmədiyi yüksək qiyməti verib.

Bu da azmış kimi, öz ayıbına kor olmaq əvəzinə kimlərisə onun barəsində təhqir kampaniyası aparmaqda günahlandırır. Maraqlıdır ki, bu kampaniyada Hafiz Hacıyevlə yanaşı mənim də adımı çəkir. Mən, sözsüz ki, Hafiz Hacıyevin yerinə ona cavab vermək fikrində deyiləm. Hesab edirəm ki, Hafiz müəllim bu işi məndən daha yaxşı bacarır və öz tərəf-müqabilinə layiqli cavab da verəcəkdir.

Mənə gəlincə isə, həmişə Aslan İsmayılovun təhqiramiz ifadələrinə səbrlə yanaşmışam. Onun hər statusunda mənim adımı çəkərək təhqiramiz ifadələr işlətməsini daha çox məhkəmə yoluyla həll etməyə çalışmışam. Səbrli davranışımın isə iki başlıca məqsədi olub.

Əvvəla, mənim kitabımda hər yoldan keçənə cavab vermək ənənəsi yoxdur. Atalarımızın müdrik kəlamlarını həmişə əlimdə rəhbər tutduğumdan son sözü hakimlərə buraxmışam. Bununla da hüquqi dövlətin vətəndaşı kimi hüquqa hörmət yolunu tutmuşam. Məhkəmələr isə Aslan İsmayılovun təhqiramiz ifadələrinə hüquqi qiymət veriblər. Aslan İsmayılovun o qərarı icra edib etməməsi isə artıq Mürvət Həsənlinin problemi olmaqdan çıxıb dövlət gücünün məsələsinə çevrilib. Ümidvaram ki, dövlət öz vətəndaşının pozulan hüququnu layiqincə bərpa edəcək.

Aslan İsmayılova cavab verməməyimin ikinci başlıca səbəbi özümə verdiyim dəyərlə bağlıdır. Ata-babalarımız deyiblər ki, baş qoşduğun adamla eynisən. Deməli, insan öz baş qoşduğu adamın səviyyəsinə enməklə yanaşı, həm də onu öz mərtəbəsinə qaldırır. Mən isə hələ də xudpəsənlik yuxusundan ayılmayan bu insana baş qoşmaqla onu layiq olmadığı mərtəbəyə yüksəltmək niyyətində deyiləm.

Bununla belə, zaman-zaman Aslan İsmayılovun haqqımda yaratmağa çalışdığı səhv ictimai rəyə aydınlıq gətirmək üçün bəzi yazılar qələmə almış, vəziyyəti olduğu kimi izah etməyə çalışmışam. Amma heç bir yazımda Aslan İsmayılovun şəxsinə qarşı təhqiramiz ifadələrə yer verməmişəm. Özünü hüquqşünas adlandıran bu adam isə mənə qoymadığı ad qalmayıb. İndisə məni təhqir kampaniyasında iştirakda günahlandırır. Onun bu hərəkətinin bir adı var: “Adımı sənə qoyaram, səni yana-yana qoyaram”.

Aslan İsmayılovun dünən yazdığı statusunda heç kimin ailə-uşağına qarşı təhqirlərə yol vermədiyini bildirməsi də başdan-ayağa cəfəngiyyatdır.

Əziz oxucu, mühakiməni sizə buraxıram: bir insanın ailə üzvlərini bundan artıq necə təhqir etmək olar? Mən sadəcə, “hər səviyyəsiz adama cavab vermək də səviyyəsizlikdir” məntiqinə əsaslanaraq indiyədək susmuşamsa, bu, Aslan İsmayılovun tərbiyyəliliyindən deyil, özümü təmkinli aparmağından irəli gəlib.

Sonda onu vurğulamağı lazım bilirəm ki, Aslan İsmayılovun bütün əxlaqsız hücumlarına bundan sonra da tərbiyyəylə cavab verəcəyəm. Çünki dünya var olandan bəri Xeyirlə Şərin mübarizəsində birincilərin mütləq qələbə çaldığına və çalacağına inanıram. Hər tərəfin mübarizəsi isə öz əxlaqına uyğun olmalı, onun xarakaterini əks etdirməlidir. Həzrət Əli demişkən, pis öz xislətindən əl çəkmirsə, mən öz yaxşılığımdan niyə geri qalmalıyam?

Mürvət Həsənli,
ADAM sədri

Açar sözlər
Ilham Əliyev , Heydər Əliyev , Hafiz Hacıyev , Kamal Atatürk , Aslan Ismayılov , Mürvət Həsənli , Türkiyə , Azərbaycan , Quran
Siyasət xəbərləri
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:


1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.
Yüzlərlə gənc könüllülər sıralarına qatılır (+FOTOLAR +VIDEO)

Yüzlərlə gənc könüllülər sıralarına qatılır (+FOTOLAR +VIDEO)

26-04-2019 12:34 - Azpress.az - Siyasət
AZ xəbər verir ki, ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.
Dövlət İdarəçilik Akademiyasında, İqtisad və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tərəfindən tələbələrə eko könüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.
Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər.
Musavat.com digər xəbərlər